Fontu böyüt:
Yaponiyanın ən iri mobil rabitə operatoru NTT DoCoMo şirkəti LTE texnologiyası bazasında hazırlanmış yüksəksürətli 4G mobil şəbəkəsinin ölkənin üç ən böyük şəhərləri olan Tokio, Osaka və Naqoyedə kommersiya istifadəsinə verilməsi haqqında elan edib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytının verdiyi məlumata görə, 4G şəbəkəsinin istifadəçiləri mobil telefonlarında internetdən saniyədə 75 meqabitədək məlumat qəbul edə biləcəklər ki, bu, mövcud və ən müasir 3G texnologiyasının təqdim etdiyi sürət göstəricisindən 10 dəfə çoxdur. Lakin şirkətdə qeyd edirlər ki, 75 Mb/s göstərici yalnız binalarda (ticarət və biznes mərkəzlərində) mümkün olacaq, şəhər küçələrində isə qəbuletmə sürəti saniyədə 37,5 meqabit təşkil edəcəyi vəd edilir.
Qeyd edək ki, hazırda test LTE şəbəkələri ABŞ, Avropa və Asiyanın müxtəlif regionlarında təşkil olunur. Lakin NTT LTE-ni Asiya regionunda kommersiya istifadəsinə vermiş ilk şirkət olub.
Dekabrın 31-də operator personal kompüter və noutbuklar üçün nəzərdə tutulmuş LTE texnologiyasını dəstəkləyən xüsusi PC-kartlar buraxmağı planlaşdırır. LTE-smartfonlar seriyasının isə NTT tərəfindən bu qış ərzində təqdim olunacağı gözlənilir.
2012-ci ilin birinci rübünün sonuna kimi operator Yaponiyanın bütün 47 prefekturalarının hər bir iri şəhərində yüksəksürətli şəbəkənin qurulmasını planlaşdırır,