Fontu böyüt:
İsveçin Ericcson telekommunikasiya şirkətinin hazırkı maliyyə direktoru və yeni təyin olunmuş icraçı direktoru Hans Vestberq Azərbaycanda səfərdədir.
Qeyd edək ki, H.Vestberq yeni vəzifə borclarının icrasına 2010-cu ilin yanvar aynın 1-dən başlayacaq. Səfər çərçivəsində qonağın Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunacağı, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla, eləcədə ölkənin digər rəsmi şəxsləri görüşəcəyi gözlənilir.
Ericcson nümayəndəsinin Azərbaycana səfərinin əsas məqsədi ölkənin sürətli templərlə inkişaf edən İT-bazarı ilə tanışlıq, mümkün birgə layihələrin müzakirə olunması və yerli şirkətlərlə əməkdaşlığın qurulmasıdır.
Hans Vestberq Ericcson şirkətində 1991-ci ildən işləyir, maliyyə direktoru vəzifəsinə isə 2007-ci ildə yüksəlib.