İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Gözdən əlillər də İKT-dən istifadə edə biləcəklər

03.03.2009 [17:50]

Fontu böyüt:      

Rabitəçi Peşə Reabilitasiyası Məktəbinin” təşkili Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), AzTelekom İstehsalat Birliyi, Bakı Telefon Rabitə İstehsalat Birliyi və Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci ilə birgə əməkdaşlıq nəticəsində həyata keçirilib.

Bu gün Media Mərkəzində “Gözdən əlil insanların telekommunikasiya sistemlərindən və informasiya texnologiyalarından yararlanmaları və onların məşğulluq problemləri” mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə bir sıra məsələlərin həllinə dair beynəlxalq təcrübəni paylaşmaq, İKT sahəsi üzrə korların istifadə edə biləcəyi milli versiyalarda nəzərdə tutulan kompüter proqramlarının tətbiq edilməsi, eyni zamanda bu məsələlərin müzakirələrinə dair yerli və beynəlxalq tərəfdaşların müəyyən edilməsi məsələləri müzakirə olunub.

Gözdən Əlillər Cəmiyyətinin (GƏC) sədri Səfər Abdullayev bildirib ki, Böyük Britaniyanın “Oxfam” Beynəlxalq Humanitar Təşkilatının maliyyə dəstəyi ilə 2008-ci ilin may ayından başlayaraq Azərbaycan GƏC-də “Gözdən əlillərin iqtisadi hüquqlarının təmin olunması” layihəsinin icrasına başlayıb. Onun sözlərinə görə, layihə çərçivəsində “Rabitəçi Peşə Reabilitasiyası Məktəbinin” təşkili Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), AzTelekom İstehsalat Birliyi, Bakı Telefon Rabitə İstehsalat Birliyi və Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci ilə birgə əməkdaşlıq nəticəsində həyata keçirilib.

“Rabitəçi məktəbi”nə ilkin olaraq 18 nəfər I və II qrup gözdən əllillər cəlb olunub. Məktəbdə təhsil müddəti bir il altı ay olmaqla dərslər Təhsil Nazirliyinin Tədris Mərkəzində keçirilib. Tədris müddətində tələbələr ixtisas fənləri ilə yanaşı kompüter bacarıqlarına da yiyələniblər. Kompüter bacarıqlarına yiyələnmək üçün gözdən əlil tələbələr xüsusi səsli JAWS proqramının türk versiyasından istifadə edirlər. Hazırda Azərbaycanda gözdən əlillər üçün JAWS səsli proqramının milli versiyası olmadığına görə, onlar türk, rus və ingilis versiyalarından istifadə etmək məcburiyyətindədirlər. Türk və Azərbaycan əlifbası arasında olan fərq Azərbaycan dilində olan məlumatların səsləndirilməsində bir sıra anlaşılmamazlıq yaradır” - deyə S.Abdullayev vurğulayıb.
Tədbirin davamında JAWS səsli proqramın milli versiyasının yaradılması yüksək maliyyə vəsaiti (60 000 manat) tələb etdiyinə görə GƏC rəhbərliyi bir sıra dövlət qurumları və beynəlxalq təşkilatlara müraciət edib. Məlumat üçün bildirək ki, gözdən əlillərin informasiya texnologiyaları məkanına çıxışlarının təmin edilməsi məqsədilə gözdən əlillər üçün kompüter və mühasibatlıq kursları təşkil edilir. Həmçinin, layihə çərçivəsində “Masajçı klubu” da təşkil edilib. SİA


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar