Fontu böyüt:
On2 səhmdarları indi də Google səhmdarı olacaq. Google 106,5 milyon dollar xərcləyərək dijital video sıxışdırma texnologiyası alacağını təsdiqləyib.
On2 səhmdarları isə şirkətdəki hissələrinə qarşılıq olaraq Google hissələrini alacaq. New Jersey mərkəzli On2də 60 işçi var. 1992-ci ildə qurulan firmanın VP6 texnologiyasının müştərisi Adobe-dir. Bu texnologiyanı Flash Player və cib telefonları üçün Flash Lite 3-də istifadə edir.
Digər böyük müştəriləri arasında AOL, Freescale, Nokia və Sun Microsystems də var. Google-dən Sundar Pichai-nin açıqlamasına görə, “Hal-hazırda video internet texnologiyasının əsas hissəsini yaradır. Yüksək keyfiyyətli video sıxışdırma texnologiyası da internet platformasında lazımlıdır. On2 komandasının internetdə video keyfiyyəti mövzusunda bizə kömək edəcəyini düşünürük”.
Qeyd edək ki, Google bu texnologiyadan xüsusilə sahibi olduğu YouTube-də faydalanacaq.