Fontu böyüt:
Rusiya Federasiyasının “Arbor
Networks” şirkəti Bakı Exspo Mərkəzində davam edən Azərbaycan Beynəlxalq
“Telekommunikasiya və informasiya texnologiyaları” (“Bakutel-2014”) sərgisinə
innovativ məhsulları ilə gəlib.
Xeberler.az-ın məlumatına görə,
şirkətin Rusiya və MDB ölkələrində satış üzrə direktoru Mixail Rodionov AzərTAc-a
müsahibəsində dedi ki, təmsilçisi olduğu qurum şəbəkələrin təhlükəsizliyi sahəsində
öz sinfinin ən yaxşı həll variantlarını təklif edir: “Bizim həll variantları şəbəkələrin
monitorinqini aparmağa və DDoS hücumlarını və onlardakı anormallıqları səmərəli
surətdə aşkar etməyə imkan verir”.
Mixail Rodionov qeyd etdi ki,
avadanlıqlar üzərində hər hansı istehsalçının magistral şəbəkənin qurmasından asılı
olmayaraq, “Arbor Networks ” şirkətinin həll variantları DDoS hücumlarının
yatırılması üzrə yüksək imkanlara - məhsuldarlığa və genişliyə malikdir.