Yeni mərkəzdə abonentlərə geniş spektrdə xidmət göstərilir. Burada abonentlər həm də onları maraqlandıran suallara cavab tapa və yeniliklər haqqında öyrənə bilərlər.
Hazırda on Nar Mobile Mərkəzinin xidmət göstərdiyi məlumdur. Onlardan 6-sı Bakıdadır, qalanları isə Gəncədə , Lənkəranda , Şəkidə və Naxçıvanda yerləşir. Azərbaycanın bütün ərazisində isə satış üzrə 400-dən çox diler və distribüter fəaliyyət göstərir.
AZƏRFON özünün Nar Mobile brendindən istifadə edərək 2007-ci il 21 mart tarixindən ticarət fəaliyyətinə başlamışdır. Hal-hazırda 650 mindən çox abonent Nar Mobile xidmətlərindən istifadə edir.
xeberler.az /Aysel