Fontu böyüt:
Bu həftə internetdə ən çox axtarılanlar siyahısında Hitler DNT ifadəsi yer alır. Belçikalı jurnalist Jan-Pol Mudresin tarixçi Mark Vermeerlə bərabər keçirdiyi təcrübənin nəticələri avropalıları çox maraqlandırıb. Onlar Hitlerin 39 qohumundan götürülmüş nümunələrin analizi nəticəsində qərara gəliblər ki, fürer özü soyqırımı törətdiyi millətin – yəhudilərin genlərini daşıyır.
Onu da bildirək ki, bundan bir az qabaq Fransada Hitlerin gizli sənədləri tapılıb və bu sənədlərdə casuslar onu yəhudi adı ilə - Yakob adlandırıblar. O cümlədən, Hitlerin musiqi arxivindən tapılan əsərlərin arasında rus klassiklərinin əsərləri ilə yanaşı yəhudi müsiqiçilərin də əsərləri yer alır.
«ARIQLAMA ÜSULLARI» VƏ «DİETA NÖVLƏRİ»
Bəli, çəki artımı bir çoxları üçün ozon təbəqəsinin deşilməsi, «qara deşik» və s. kimi böyük qlobal xarakter daşıyır. Yəqin elə buna görə də «google» saytının axtarış reytinqində «arıqlama üsulları» və «dieta növləri» ifadələri ön sıralardadır. Arıqlamaq üçün isə ən yaxşı üsul az yeməkdir.
Keçən həftə snoptiklər xəbər vermişdilər ki, Atlantik ökeanının cənubunda güclü tufan təhlükəsi gözlənilir. Ən çox axtarılanlar siyahısında «Tropik tufan»ın reytinqi heç də az deyil.
«Dünyanın ən təhlükəli karuselləri» – avropalılar və amerikalılar karusellərə yenidən maraq göstərməyə başlayıblar. Yəqin ekstremalistlər «google»də axtarışdadırlar. Axtaran tapar.
Satoşi Kan məşhur yapon animasiya filmləri rejissorudur. 1963–cü il oktyabrın 12-də Yaponiyada doğulub. Bu il avqustun 24-də isə vəfat edib. Ehtimal ki, ölümü səbəbilə bu həftə ən çox axtarılanlar onluğunda adı çəkilir.
Kim Yu-Na da 20 yaşında ən çox axtarılanlar siyahısında yer alır. Kim Cənubi Koreyalı fiqurlu konkidə sürüşmə üzrə idmançıdır. Bu il avqust ayında dünya birinciliyini qazanıb. Çox güman onu izləyənləri o qədər heyran edib ki, «google», «yahoo» və s. kimi saytlardakı axtarışlarda reytinqi yüksəkdir.
Texnologiya inkişaf edir. İndi çoxları kitabların real vərəqlərini internet kitabxanalarına dəyişib. Bu həftə ən çox axtarılanlar onluğunda «e-books» yəni internet kitablar yer alır. İndi daha kitab tapılmır bəhanəsi işə yaramır.
MƏN SƏNİ HARADANSA TANIYIRAM, AMMA…
«Mən səni haradansa tanıyıram, amma yadıma sala bilmirəm», günlük həyatda rastlaşdığımız ifadələrdən biridir. Baxın bu ifadə elmi dildə necə səslənir: Prozopaqnoziya. Axtarışlar siyahısına düşmüş bu ifadə insanların üzünü unutmaq xəstəliyini ehtiva edir. İlk dəfə Yoaşim Bodamer adlı alman nevroloqu tərəfindən işlənib. O, başından güllə alandan sonra qohumlarının, yaxınlarının üzünü hətta öz üzünü unutmuş 24 yaşlı oğlanı müalicə edərkən xəstəliyi kəşf edib.
Prozo yunan dilindən tərcümədə üz, paqnoziya isə tanımamaq deməkdir.
«Tort müdürü həbs edilib»– maraqlı ifadədir. Deməli, ABŞ-ın Nyu Cersi ştatında «Cake Boss» adlı şou proqram olduqca məşhurdur. Bu şou proqramın xarakterlərindən biri Valastro keçmişdə seksual təcavüzə görə həbs edilibmiş. Bu yaxınlarda isə onun qaynı Remi Qonzalez 14 yaşlı yaşlı qıza qarşı seksual hərəkətlərə görə həbs edilib. Hadisə böyük əks-səda doğurduğundan demək olar ki, əksər saytlarda axtarış reytinqlərini qırıb.
Hippopotamus – adı sizə qəribə gəlməsin, bildiyimiz begomot. Çox güman hansısa əlamətdar hadisə baş verib ki, insanlar internetdə begomot haqqında bilgi əldə etmyə çalışırlar. Mən isə ancaq Hippopotamus sözünün tərcüməsini verə bilərəm. Yunan dilindən tərcümədə hippopotamus «çay atı» deməkdir.
mənbə: Azadlıq radiosu