Fontu böyüt:
Multimedia Mərkəzi tərəfindən 01 fevral 2009-cu il tarixdən etibarən ictimai informasiya subyektlərinin ( dövlət orqanları və bələdiyyələrin) rəsmi internet resurslarının monitorinqinə başlanacaq.
Monitorinq prosesi “İctimai informasiya subyektlərinə məxsus ictimai informasiyaların açıqlanması vəziyyətinin Monitorinqi” Layihəsi çərçivəsində həyata keçirilir. İctimai informasiya subyektlərinin informasiya açıqlığı vəziyyətini müəyyən etmək üçün aparılan Monitorinq ölkə qanunvericiliyi və beynəlxalq təcrübə nəzərə alınmaqla Multimedia Mərkəzi tərəfindən hazırlanan Metodika əsasında gerçəkləşdirilir. Metodikada dövlət qurumlarının rəsmi İnternet resurslarında yerləşdirilən informasiyaların kəmiyyət və keyfiyyət cəhətdən analiz edilməsi və qiymətləndirilməsi nəzərdə tutulub.
2009-cu ilin sentyabr ayında başa çatması nəzərdə tutulan Monitorinq əsasında konkret ictimai informasiya resursları üzrə icmal və tövsiyələrin hazırlanması, informasiya açıqlığı üzrə Reytinq Cədvəlinin və Yekun Hesabatın hazırlanması nəzərdə tutulub. Bu mərhələdə keçiriləcək Monitorinq prosesində 50 dövlət qurumunun və 10 Bələdiyyənin rəsmi internet resursunun informasiya açıqlığı vəziyyətinin araşdırılması nəzərdə tutulub.
Eyni zamanda bu mərhələdə oxşar monitorinq prosesini Rusiya Federasiyasında həyata keçirən “İnformasiya Azadlığının inkişafı İnstitutu”nun əldə etdiyi nəticələrlə müqayisə edilməsi nəzərdə tutulub. Layihə çərçivəsində adı çəkilən İnstitutla ictimai informasiya subyektlərinin informasiya açıqlığı vəziyyətinin müəyyən edilməsi sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub. Artıq adı çəkilən qurumla monitorinqin aparılması üçün vahid Metodikasının hazırlanması istiqamətində razılıq əldə edilib.
Daha geniş məlumat www.informasiya.org saytında yerləşdirilib. Layihə ACİ-Yardım Fondu tərəfindən dəstəklənib.
Multimedia Mərkəzi
Tel: 492 44 44