İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Əli Abbasov : “İnternetin hüquqi bazasının inkişafına böyük ehtiyac var”

06.05.2013 [22:35]

Fontu böyüt:      

Bütün dünyada olduğu kimi, Azərbaycanda da internetin hüquqi bazasının inkişafına böyük ehtiyac var. Bu fikri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib. Nazirin sözlərinə görə, bu zərurət internetin müxtəlif fəaliyyət növlərini cəmləşdirməsindən irəli gəlir:
Bütün dünyada olduğu kimi, Azərbaycanda da internetin hüquqi bazasının inkişafına böyük ehtiyac var. Bu fikri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib. Nazirin sözlərinə görə, bu zərurət internetin müxtəlif fəaliyyət növlərini cəmləşdirməsindən irəli gəlir:
"Bu gün internet yalnız kütləvi informasiya vasitəsi (KİV) kimi xidmət göstərmir. İnternetdə KİV-in payı bəlkə də 5 faizdən aşağıdır. İnternet böyük iqtisadi, işgüzarlıq məkanı, təhsil, bankçılıq, səhiyyə, maliyyə və s. kimi xidmətlər verən böyük sistem, şəbəkədir. Burada böyük ticarət, biznes əməliyyatları aparılır, internet böyük rabitə sistemidir. Ümumiyyətlə, internet üzərindən insanların şərəf və ləyaqətinə toxunulması, onların təhqir olunması son zamanlar yalnız bizim ölkədə deyil, internetin sürətlə inkişaf etdiyi bütün dünya ölkələrində yayılmaqdadır. Bu səbəbdən də insanların hüququnun, işgüzarlıq, biznes kommersiya fəaliyyətinin, ümumiyyətlə, internet üzərindən mühafizəsi vacib olan bütün atributların qorunması üçün beynəlxalq təcrübədə olduğu kimi, ölkəmizdə də internetin hüquqi bazasının inkişafına böyük ehtiyac var".
Bu məsələ xüsusən də sosial şəbəkə istifadəçilərinin internetdən istifadə qaydalarına riayət etməməsi ilə gündəmə gəlir:
"Bəzi istifadəçilər sosial şəbəkədə bir-birlərini təhqir edir, hətta cinayətlər törədirlər. Son zamanların ortaya çıxan statistikasına əsasən, hətta bəzi ölkələrdə boşanma hallarının 50-10 faiz artmasının səbəbləri sosial şəbəkələrdə aparılan xoşagəlməz fəaliyyətlə bağlıdır. Ona görə də internet mühitinin insanların şərəf və ləyaqətinin qorunması ilə bağlı yalnız KİV vasitələri haqda qanunla qorunması kifayət etmir. Beynəlxalq təcrübədə olduğu kimi, Azərbaycanda da bu istiqamətdə hüquqi bazanın, internetdə maddi, mənəvi, əxlaqi, hərbi məlumatların qorunması üçün bir çox addımların atılmasına ehtiyac var".
HƏQİQƏT 

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar