İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Virtual dünyanın optimist və pessimist inkişaf yolları araşdırılıb

01.09.2010 [08:17]

Fontu böyüt:      

“The Evolving Internet” (“İnkişaf edən internet”) hesabatı çərçivəsində “Cisco” şirkəti və “Monitor Group” təşkilatının mütəxəssisləri internetin inkişafına dair dörd mümkün tendensiya proqnozlaşdırıblar. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ehtimal edilən tendensiyaların birinə əsasən Qlobal Şəbəkə sürətli ekspansiya xətti üzrə inkişaf etməkdə davam edəcək.

İnternetin inkişafına dair dörd mümkün tendensiya proqnozlaşdırılıb

“The Evolving Internet” (“İnkişaf edən internet”) hesabatı çərçivəsində “Cisco” şirkəti və “Monitor Group” təşkilatının mütəxəssisləri internetin inkişafına dair dörd mümkün tendensiya proqnozlaşdırıblar. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ehtimal edilən tendensiyaların birinə əsasən Qlobal Şəbəkə sürətli ekspansiya xətti üzrə inkişaf etməkdə davam edəcək.


İnternetin tərəqqisi üzrə üç digər ssenaridə isə internet-bazarın liderləri, müxtəlif ölkə hakimiyyətləri, eləcə də adi istifadəçilərin qarşılaşacağı ayrı-ayrı risk və problemlərə toxunulur. Məsələn, Fluid frontiers (“Süzgün sərhədlər”) adlanan birinci ssenaridə internetin daha geniş yayılacağı və Qlobal Şəbəkənin rolunun son dərəcədə əhəmiyyətli olacağı bir dünya təsvir olunur. Bu halda internet-sahibkarlığın müvafiq rəqabətin kəskinləşməsi ilə paralel gələcək inkişafı gözlənilir. Bunun nəticəsində çoxlu sayda yeni texnologiyalar meydana çıxacaq.


İkinci tendensiya “Insecure growth” (“Etibarsız artım”) adlanır. Burada istifadəçilərin və təşkilatların müxtəlif qüvvələr tərəfindən müxtəlif məqsədlərlə həyata keçiriləcək kiberhücumlar fonunda təhlükəsizliyin zəifləməsi ilə qarşılaşacağı proqnozlaşdırılır. Analitiklər hesab edirlər ki, Qlobal Şəbəkənin “Etibarsız artım” ssenarisi üzrə inkişaf edəcəyi təqdirdə internetin nisbətən daha təhlükəsiz, lakin ödənişli və olduqca baha alternativləri meydana gələcək.


İnternetin təkamülünün daha bir variantı kimi ekspertlər “Short of the promise”, yəni “Vədlərin özünü doğrultmaması” təmayülünü qeyd ediblər. Burada uzunsürən iqtisadi durğunluğun bir çox ölkələrdə Qlobal Şəbəkənin də inkişafına təsir göstərəcəyi nəzərdə tutulur. Belə vəziyyətdə mürəkkəb iqtisadi vəziyyət və dövlətlərin proteksionist siyasəti şəbəkənin artımını və innovasiyaların əmələ gəlməsini xeyli ləngidəcək.


Nəhayət, ekspertlər internetin öz uğurlarının qurbanı olacağı bir ssenari üzrə də inkişaf edəcəyini istisna etmirlər. Mütəxəssislərin “Bursting at the seams” (“Genişlənib partlamaq”) adlandırdığı həmin ssenarinin baş verəcəyi halda müxtəlif veb-servislərə tələbat elə dərəcədə artacaq ki, informasiya və rabitə texnologiyaları sadəcə olaraq trafik axını ilə bacarmayacaqlar.


“Evolving” Internet hesabatının müəlliflərinin fikrincə, gələcəkdə internetin idarə olunma sistemində elə də güclü dəyişiklər müşahidə olunmayacaq. Bununla yanaşı ödəmə tariflərinin çoxalacağı proqnozlaşdırılır. QWERTY-klaviatura artıq əsas idarəetmə qurğusu olmayacaq, uşaqlıqdan internetlə tanış olan gənc istifadəçilər isə bu sahəyə tamamilə başqa tərzdə yanaşacaqlar. Əsas artımın yaxın 15 il ərzində internetin istifadə səviyyəsinin bu gün elə də yüksək olmadığı inkişaf edən ölkələrin payına düşəcəyi gözlənilir.


Qeyd edək ki, hesabatın hazırlanması çərçivəsində mütəxəssislər bir ildən artıqdır araşdırma aparıb, müxtəlif statistik məlumatları, o cümlədən internetin tənzimlənməsinə dair investisiya və planları təhlil edib, eləcə də sahənin ayrı-ayrı iştirakçıları arasında sorğular keçiriblər.

 


 


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar