İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Məktəbilər internetdən nə məqsədlə istifadə edir?

02.09.2010 [04:53]

Fontu böyüt:      

Ölkəmizdə internet istifadəçilərinin sayı durmadan artır. İnternetə hər təbəqədən, hər nəsildən olan insanlar daxil olur. Bəziləri internetdən dost tapmaq üçün, bəziləri sevgili axtarmaq üçün, bəziləri özünü reklam etmək üçün istifadə edirlər. Bəs görəsən orta məktəb şagirdləri internetdən nə məqsədlə istifadə edirlər? Biz də bu suala cavab tapmaq məqsədilə üz tutduq paytaxtın bir neçə internet klubuna.

Məktəbilər internetdən nə məqsədlə istifadə edir?

 Ölkəmizdə internet istifadəçilərinin sayı durmadan artır. İnternetə hər təbəqədən, hər nəsildən olan insanlar daxil olur. Bəziləri internetdən dost tapmaq üçün, bəziləri sevgili axtarmaq üçün, bəziləri özünü reklam etmək üçün istifadə edirlər. Bəs görəsən orta məktəb şagirdləri internetdən nə məqsədlə istifadə edirlər? Biz də bu suala cavab tapmaq məqsədilə üz tutduq paytaxtın bir neçə internet klubuna.

İlk getdiyimiz internet klubda şagirdlər çoxluq təşkil edirdi. 9-cu sinif şagirdi İlkin internetdən nəyə görə istifadə etdiyini özü də bilmir: “Əslində, özüm də bilmirəm ki, mən nəyə görə bura gəlirəm. Əvvəllər həyətdə futbol oynayırdıq, sonra meydanı sökdülər və uşaqlar dağılışdılar. Mən də evdə darıxıram deyə bura gəlib vaxtımı öldürürəm.  İlkindən fərqli olaraq 7-ci sinif şagirdi Tural internetdə sevgili axtarışınadır: “Mən bura gəlirəm, girirəm çata, qızlarla danışıram, məzələnirəm sonr qayıdıram evə. Çox əyləncəli keçir bu dəqiqələr mənimçün. Hətta məktəbdə informatika dərsində də çata girirəm.

Daha bir şagird Elnur isə yalnız sosial şəbəkələrə  daxil olur: “Facebook və Odnoklasnikidə otururam. Bu yerlər çox maraqlıdı. Hətta Facebookun sayəsində uzaq qohumlarımdan birini tapmışam”. Internet klubun işçisi Rəsul isə internetdə məktəblilər daha çox nə ilə məşğul olur? sualına: “Hər cür şagird gəlir bura. Amma çoxu çatlara, tanışlıq saytlarına girirlər. Məktəb vaxtı daha çox müüştəri olur. İndi yaydır deyə adam azalıb. Çox olur ki, şagirdlər dərs vaxtı gəlirlər. Əslində bu biabırçı hal olsa da, bizə sərf edir”. deyə cavab verdi.

Burdan çıxıb başqa bir internet kluba üz tuturuq. Klub şəhərin mərkəzində yerləşdiyindən burda xanımlara da rast gəlirik. Facebookda vaxt keçirən xanım bizimlə danışmaq istməsə də, rəfiqəsi Səbinə məmnuniyyətlə suallarımızı cavablandırdı: “Mən internetdən sinif yoldaşlarımla, qohumlarımla danışmaq üçün istifadə edirəm. Amma çat, tanışlıq saytlarına girmirəm, oralar çox maraqsızdır. İnsan heç vaxt tanımadığı, real həyatda görmədiyi sevə bilməz. Elə tanış olan qızlar ən ağılsız qızlardır. Allah onlara ağıl versin. Oğlanlara isə demək istəyirəm ki, çox sevinməsinlər ki, onlar çatlarda qızlarla danışırlar. Elə oğlanlar var ki, çatlara qız adı ilə girib, həmin özündən razı oğlanlar ilə məzələnirlər”. Səbinədən ayrılıb başqa bir nəfərə yaxınlaşırıq. Məmməd 6-c sinif şagirdidir. Dediyinə görə internetdə yalnız maraqlı məlumatlar oxuyur. Amma çox keçmir ki, dostu Elşən Məmmədin yalanını üzə çıxarır: “Məmməd yalan deyir. O maraqlı məlumatlar oxumur. Əksinə pis-pis şeylərə baxır internetdə. Bundan sonra isə dostlar arasnda mübahisə yarandı. Mən də sakitcə həmin ərazini tərk etdim.

Bu yalnız 2 internet klubda qarşılaşdığımız mənzərə idi. Şagirdlərin internetə daxil olması təqdirəlayiq haldır. Amma gəlin ümid eliyək ki, onlar internetdən yalnız maraqlı məlumatlar əldə edir.

 

HACIBƏY HEYDƏRLİ

 

 


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar