Bu ilin əvvəlinə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında hər 100 ailəyə düşən sabit telefonların sayı 66-ya çatıb.
Bu ilin əvvəlinə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında hər 100 ailəyə düşən sabit telefonların sayı 66-ya çatıb.
«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, hazırda Naxçıvanın mövcud telekommunikasiya şəbəkəsinin 87,3%-i optik şəbəkəyə birləşdirilib. Optik şəbəkənin genişləndirilməsi evlərə də optik kabelin çəkilməsinə imkan verib, ötən ilin avqust ayından etibarən Naxçıvan şəhərində «Evədək optika» layihəsinin icrasına başlanılıb. Bununla yanaşı, telekommunikasiya əlaqələrinin alternativliyinin təmin edilməsi məqsədilə Naxçıvan-Türkiyə-Gürcüstan-Bakı istiqamətində optik kabel üzərindən rabitə kanalları yaradılıb, Naxçıvan-İran-Bakı istiqamətində yeni STM-16 səviyyəli telekommunikasiya əlaqələri təşkil edilib.
Eyni zamanda, muxtar respublikaya daxil olan internetin sürəti artırılıb, ümumtəhsil məktəblərində quraşdırılan kompüterlərin 83%-i internetə qoşulub, internet xidmətlərinin tarifləri aşağı salınıb. Hazırda Naxçıvan Muxtar Respublikasının yaşayış ərazilərinin 80%-də simsiz internet, 58%-də isə genişzolaqlı internet xidmətləri göstərilir.