Fontu böyüt:
Yaponiyada Sharp firması yeni telefon istehsal edib. Model həm günəş enerjisi ilə işləyir, həm də sukeçirməzdir.
Telefonun üst hissəsində olan günəş paneli hər 10 dəqiqədən bir enerji yığır və 1 dəqiqə danışma , 2 saat gözləmə müddəti verir. Xatırladaq ki, Samsung və LG firması belə bir planlarının olduğunu açıqlamışdı, amma həyata keçirmədi. Cib telefonun iyun ayında Yaponiya bazarında satışa çıxarılacağı gözlənilir.
Dünya bazarına çıxarılması hələki məlum deyil. Sharp firması telefonun elektrik problemləri yaşayan ölkələr üçün perspektivli olduğunu açıqladı, yəqin ki, yaxın zamanlarda firma dünya bazarına çıxmaq haqqında da fikirləşəcək.