İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İcra Hakimiyyətləri kompüterlərdən niyə qorxur?

13.03.2011 [20:54]

Fontu böyüt:      

Həyatı kompütersiz və internetsiz təsəvvür etmək çətindir. Sosial şəbəkələr cəmiyyətin inkişafına güclü təsir edir. Bu baxımdan Azərbaycan əyalətlərində vəziyyət necədir? Bu suala cavab tapmaq üçün rayon icra hakimiyyətlərinə üz tutmağa başladıq. Məlum oldu ki, rayon icra hakimiyyətlərin təsis etdikləri qəzetlərin saytı və elektron ünvanları belə yoxdur. Rayonlarda ayrı-ayrı adamların saytı olduğu halda elə icra hakimiyyətləri var ki, saytları yaradılmayıb.

Həyatı kompütersiz və internetsiz təsəvvür etmək çətindir. Sosial şəbəkələr cəmiyyətin inkişafına güclü təsir edir. Bu baxımdan  Azərbaycan əyalətlərində vəziyyət necədir? Bu suala cavab tapmaq üçün rayon  icra hakimiyyətlərinə üz tutmağa başladıq. Məlum oldu ki, rayon icra hakimiyyətlərin təsis etdikləri qəzetlərin saytı və elektron ünvanları belə yoxdur. Rayonlarda ayrı-ayrı adamların saytı olduğu halda elə icra hakimiyyətləri var ki, saytları yaradılmayıb.

HABİL MƏLİKOV: «BUNUN ÜÇÜN VƏSAİT LAZIMDIR»

Lerik rayon icra hakimiyyətinin birinci müavini Habil Məlikov deyir ki, saytları yoxdur:
«Bunun üçün vəsait lazımdır.Vəsait isə büdcədən ayrılmalıdır. Şübhəsiz ki, sayt lazımdır».

Lerik rayonunun 74 min nəfər əhalisi var, ərazisi dağlıqdır. Rayonun qəzeti olsa da az tirajla və böyük fasilələrlə çıxır. Kəndlər rayon mərkəzindən uzaqda yerləşirlər. Kəndlərdə yaşayanlar ölkədə və rayonda görülən tədbirlərdən dolğun məlumat ala bilmirlər. Yardımlı rayon icra hakimiyyətinin də saytı yoxdur. Saytın yaradılması barədə isə heç fikirləşmirlər.

«BİRİNCİ NÖVBƏDƏ TEXNİKİ MƏSƏLƏLƏR HƏLL OLUNMALIDIR»

Astara rayonunun 100 minə yaxın əhalisi var, ərazisi dağlıq və aran hissələrindən ibarətdir. Bu rayon icra hakimiyyətinin də saytı yoxdur. İcra aparatının məsul işçisi Səfayil MəmmədovAzadlıq Radiosuna bildirib ki, saytın yardılması ilə bağlı komissiya təşkil edilib, bu istiqamətdə iş gedir: «Birinci növbədə texniki məsələlər həll olunmalıdır. Sonra isə saytın ana səhifəsi hazırlanacaq. Əlbəttə, sayt olmalıdır».

Astara rayon mərkəzi kitabxanasında layihə əsasında informasiya mərkəzi yaradılıb.

Mərkəz bir ildir ki, fəaliyyət göstərir. Mərkəzin rəhbəri, rayon uşaq kitabxanasının müdiri Natəvan Mədətova deyir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi informasiya mərkəzinə 5 kompüter, 1 video, 1 televizor bağışlayıb:

«Bir il ərzində informasiya mərkəzinə 2000 mindən çox gənc müraciət edib. Gənclər burada pulsuz kompüter kurslaırı keçirdilər. Kitabxananın saytını yaratmışıq. Burada kitabxanalarla bağlı məlumatlar yerləşdirilib. Lakin, layihə başa çatdığı üçün işlər dayanıb. Mərkəz maliyyələşdirilmədiyi üçün iş getmir. İcazə versəydilər biz burada pullu kompüter kursları təşkil edib, mərkəzin fəaliyyətini bərpa edərdik». 

 

SƏHİFƏDƏ SONUNCU XƏBƏR FEVRALIN 2-də YERLƏŞDİRİLİB

Lənkəran icra apratının isə veb səhifəsi artıq 3 ildir ki, fəaliyyət göstərir. Ana səhifəsində H.Əliyevin, İ.Əliyevin şəkilləri yerləşdirilib. Burada rayon haqqında ümumi məlumat əldə etmək mümkündür. Səhifədə sonuncu xəbər cari ilin fevralın 2-də yerləşdirilib. Saytda icra aparatı tərəfindən keçirilən tədbirlər barədə məlumatlar var. Tədbirlər əsasən H.Əliyevlə bağlıdır. 

İcra aparatında gənclər üçün informasiya mərkəzi yaradılıb.

Masallı icra hakimiyyətinin veb səhifəsinin ümumi fonunda da H.Əliyevin rayondakı heykəli verilib. İ.Əliyevin Masallı haqqında söylədiyi «Azərbaycanın hər bir yeri , hər bir guşəsi mənim üçün doğmadır, əzizdir, mənim vətənimdir. Bilirsiz ki, Masallıya da mənim xüsusi münasibətim var» cümlələri yer alıb.

Veb səhifəsində məlumatlar yenilənib. Masallı icra hakimiyyəti aparatının şöbə müdiri Seymur Nuriyev deyir ki, sayıt üçün məlumatlar şöbədə hazırlanır: «Burada yerləşdirilən məlumatlar diqqətlə nəzərdən keçirilir. Sayıtda əsasən keçirilən tədbirlər verilir»

«ÖTƏN ƏSRİN MAŞINKALARI İLƏ İŞLƏYİRLƏR»

Masallı rayonunda çıxan «Cənub xəbərləri» qəzetinin baş redaktoru Zahir Əmənovunsözlərinə görə, rayon icra hakimiyyətləri sayt açmaqda maraqlı deyillər. Saytları olan rayon icra hakimiyyətləri də səhifəyə lazımi məlumatları yerləşdirmirlər. Bu saytlar hətta, aylarla yenilənmir:

«Çox gülməlidir ki, icra hakimiyyətinin yerlərdəki nümayəndəlikləri ötən əsrin maşınkaları ilə işləyirlər. Elə bil ki, kompüterdən qorxurlar. Əslində sayıtlarda qərarlar, sərancamlar, büdcə xərcləri barədə məlumatlar yerləşdirilməlidir. Təhsilə bağlı bölmə var. Bu bölmədə əmək haqları, məktəblərin təmiri, vakant yerlər barəsində heç nə deyilmir. Söhbət əhalinin məlumatlandırılmasından gedir. Rayon icra hakimiyyətləri lazımi məlumatları sayıtlarda yerləşdirməyə borcludurlar».

APA-nın cənub bölgəsin müxbiri Ağəddin Babayev rayon icra hakimiyyətlərin sayıtlarından istifadə etmədiyini deyir:

«Bu səhifələrdə məni təmin edəcək məlumatlar olmur. Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar rayon icra hakimiyyətlərin sayıtları var. Bu sayıtlar yenilənmir. Lənkəran rayon icra hakimiyyətinin sayıtı iki il yaxşı işlədi. İndi dayanıb. Hal bu ki, saytın vaxtında yenilənməsi icra hakimiyyəti aparatı üçün yaxşıdır .Bəlkə də icra hakimiyyəti başçısı saytın işləyib-işləməməsi barədə məlumatı yoxdur. Ola bilsin ki ,ona məlumat verilmir».

//Azadlıq Radiosu


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar