21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Sentyabrın 7-də Bakıda Azərbaycanın bir sıra jurnalist təşkilatları və KİV-ləri tərəfindən təşkil edilmiş söz və ifadə azadlığına dəstək forumu öz işinə başlayıb.
Təşkilatçıların mətbuat konfransında Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, forum söz və ifadə azadlığı sahəsində problemlərin həllinə yardım üçün ictimaiyyətin birləşməsi məqsədi ilə keçirilir.
Təkcə hakimiyətə və beynəlxalq təşkilatlara şikayət etmək və onların problemləri həll etməsini gözləmək düzgün deyil. İctimaiyyət fəal olarsa, problemlərin həllini tezləşdirmək olar. Forum məhz ictimaiyyəti hərəkətə gətirmək məqsədi ilə düşünülüb, - deyə Əliyev bildirib.
Sentyabrın 9-da isə Landmark biznes mərkəzinin Rotunda zalında 10 beynəlxalq jurnalist və hüquq müdafiə təşkilatının - 2 Sərhədsiz reportyorlar, Artikl 19, Freedom House, beynəlxalq jurnalistlər Federasiyası, ümumdünya qəzetçilər assosiyasiyası, Sülh və Müharibə İnstitutu və s. təşkilatların nümayəndələrindən ibarət beynəlxalq missiyanın iştirakı ilə konfrans keçirilib.