Fontu böyüt:
Rusiya Prezidenti Dmitri Medvedev İnformasiya Cəmiyyətinin İnkişafı üzrə Şuranın iclasında çıxışı zamanı Rusiyada elektron hökumətin olmadığını qeyd edib.
“Bizdə heç bir elektron hökumət mövcud deyil, bunlar hamısı xülyalardır”, - deyə Rusiya dövlət başçısı söyləyib. Onun sözlərinə görə, ölkələrin şəbəkə dünyasına hazır olmalarına dair reytinq cədvəlində Rusiya 72-ci pillədədir.
D.Medvedev qeyd edib ki, bütün federal strukturların müasir kompüterlərlə və internetə çıxışla təmin olunmasına, eləcədə bütün dövlət orqanlarında məlumata bazalarının formalaşdırılmasına baxmayaraq, “daxili sənəd mübadiləsi necə olduğu kimi qalır, yəni kağız vasitəsi ilə həyata keçirilir, kompüterlər isə özünüz bilirsiniz hansı məqsədlərlə istifadə olunur, həqiqətdə bu kompüterlər çap maşını funksiyasını yerinə yetirir”. www.mincom.gov.az