Fontu böyüt:
“Açıq desək, bu gün informasiya-kommunikasiya texnologiyaları sahəsində rəqabətin vəziyyəti bizi çox da qane etmir. Bu sahədə rəqabəti normallaşdırmağa imkan var. Araşdırmalarımız göstərir ki, özəl sektora daha çox imkanlar açılmalıdır”.
Bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. Nazir bildirib ki, özəl şirkətlər dövlətin resurslarından istifadədə əziyyət çəkməməli, həm dövlət, həm də özəl şirkətlər bərabər imkanlı olaraq bazara çıxmalıdır. Bununla əlaqədar yaxın vaxtlarda informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən özəl şirkətlərlə dövlət qurumlarının görüşünün keçirilməsi və sahibkarların problemlərinin araşdırılması nəzərdə tutulur. APA