Fontu böyüt:
Oktyabrın 7-dən nəşrini dayandıran “Respublika” qəzeti bu gündən nəşrini bərpa edib. Qəzetin redaksiyasından APA-ya verilən məlumata görə, bu gündən “Respublika” nəşr edilib və artıq köşklərdədir. Qəzetin nəşrinin dayanmasına səbəb olan kağız problemi isə aradan qaldırılıb.
Qeyd edək ki, Prezidentin İşlər İdarəsinin rəsmi mətbu orqanı olan “Respublika” kağız problemi yarandığı üçün nəşrini müvəqqəti dayandırmağa məcbur olmuşdu. Qəzetin baş redaktoru Teymur Əhmədov yayım firmalarının redaksiyaya 3 aylıq borcunun olduğunu bildirmişdi.