İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“1 şagird:1 kompüter” layihəsi çərçivəsində məktəblərə netbuklar müsabiqə yolu ilə veriləcək

10.01.2013 [13:25]

Fontu böyüt:      

Azərbaycan Respublikası Təhsil Nazirliyi 10 yanvar tarixində “1 şagird:1 kompüter” müsabiqəsini elan etmişdir. Müsabiqənin məqsədi İKT əsaslı fərdiləşmiş təhsilin formalaşması, “1 şagird:1 kompüter” layihəsi çərçivəsində netbukların daha səmərəli istifadəsinə hazır olan müəllimlərin və məktəblərin seçilməsidir
Azərbaycan Respublikası Təhsil Nazirliyi 10 yanvar tarixində “1 şagird:1 kompüter” müsabiqəsini elan etmişdir.
Müsabiqənin məqsədi İKT əsaslı fərdiləşmiş təhsilin formalaşması, “1 şagird:1 kompüter” layihəsi çərçivəsində netbukların daha səmərəli istifadəsinə hazır olan müəllimlərin və məktəblərin seçilməsidir. Müsabiqə üzrə məlumatlar www.musabiqe.edu.az veb səhifəsində yerləşdirilmişdir. Müsabiqədə iştirak etmək istəyənlər 08 fevral tarixinədək layihə təqdim edə bilərlər.
Müsabiqə çərçivəsində qalib gəlmiş müəllimlərin bir sinfinin şagird kollektivi netbuklarla təchiz olunacaq. Hər bir qalib müəllim onun tədris etdiyi sinifdə şagirdlərin sayı qədər netbuklar alacaq.  
Müsabiqə iki mərhələdə keçiriləcək. Təqdim edilmiş layihələrin qiymətləndirmə meyarları layihənin tədris məqsədləri üçün praktik əhəmiyyəti, metodiki baxımdan işlənmə səviyyəsi, materialların texniki-texnoloji cəhətdən rahat, aydın və anlaşıqlı təsviridir.  
Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədovun sözlərinə görə, məktəblərə netbukların verilməsinin müsabiqə formatına keçirilməsi Azərbaycanın təhsil sistemində ilk təcrübədir.
Bu format      “1 şagird:1 kompüter” layihəsi çərçivəsində texnologiyalara daha böyük maraq göstərən təhsil müəssisəsinə netbukların verilməsini nəzərdə tutur və müəllimlərin İKT biliklərinin tədrisdə istifadəsi üçün motivasiyalaşdırır. “1 şagird:1 kompüter” layihəsi çərçivəsində verilən netbukların sayı məhdud olduğu üçün Təhsil Nazirliyi müsabiqə formatına keçid barədə qərar vermişdir. Təcrübə uğurlu olarsa, sayı məhdud olan digər texnoloji avadanlıqların da müsabiqə yolu ilə məktəblərə verilməsi istisna deyil.   
Qeyd etmək lazımdır ki, “1 şagird:1 kompüter” layihəsi çərçivəsində Azərbaycanın 15 ümumtəhsil müəssisəsinə artıq 2077 netbuk təmənnasız olaraq verilmişdir. Şagirdlər bu netbuklardan həm məktəbdə, həm də evdə istifadə edirlər. Netbuklar həmçinin genişzolaqlı simsiz İnternet modemləri və təhlükəsiz İnternet paketi ilə təchiz olunmuşdur.  

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar