İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

‘İnternetə, sosial şəbəkələrə qadağaya heç bir ehtiyac yoxdur’

13.03.2013 [15:42]

Fontu böyüt:      

Bizdə hər bir deputatın və hər bir vətəndaşın özünün fərdi fikri, sözü var və hər bir kəsin dediyi sözə də, fikrə də biz çox hörmətlə yanaşmalıyıq.
Bizdə hər bir deputatın və hər bir vətəndaşın özünün fərdi fikri, sözü var və hər bir kəsin dediyi sözə də, fikrə də biz çox hörmətlə yanaşmalıyıq.
Hər kəs də özünün təhlilləri nəticəsində müəyyən tezislər, fikirlər söyləyirlər, cənab Fəzail Ağamalı da müəyyən araşdırmalar nəticəsində bu cür fikirlər səsləndirib.
Gün.Azxəbər verir ki, bunu millət vəkili, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müaviniMübariz Qurbanlıdeputat həmkarı Fəzail Ağamalının Azərbaycanda “facebook”-a qadağa qoyulması və ya onun məhdudlaşdırılması yönündə səsləndirdiyi fikirlərə, o cümlədən, bu məsələ ilə bağlı cəmiyyətdə narahatlığın yaranmasına münasibətini bildirərkən dilə gətirib.
“Amma mən belə hesab edirəm ki, Azərbaycanda nə internetə, nə sosial şəbəkələrə heç bir qadağa qoymağa ehtiyac yoxdur. Azərbaycanda internet azadlığı var və bu azadlığı bundan sonra daha da geniş şəkildə tətbiq etmək lazımdır”- deyən YAP rəsmisinin sözlərinə görə, internet elə bir yeni növ informasiya-mübadilə mənbəyidir ki, kimsə onu məhdudlaşdıra bilməz.
Millət vəkilinin fikrincə, onu məhdudlaşdırmaq artıq həmin ölkəni diktaturaya və avtoritar sistemə qaytarmaq demək olardı:
“Azad söz bizdə həmişə təmin edilib, bu gün də təmin edilir və sabah da təmin ediləcək. Sadəcə, sözün məsuliyyətini artırmaq lazımdır. Hər kəs dediyi fikrin-sözün arxasında dayanmağı bacarmalıdır.
Bəzi anonim yazılar və təhqirlərlə çıxış edənlər var ki, hesab edirəm, sosial şəbəkələrdə bu məsələləri həll etmək üçün müəyyən işlər görülməlidir. Amma bu da tam qanun çərçivəsində, internet azadlığına hansısa bir zərər vurmadan edilməlidir.
Sosial şəbəkələrdə bu gün yüz minlərlə Azərbaycan vətəndaşı iştirak edir-müxtəlif qruplar fəaliyyət göstərir, müxtəlif yazışmalar gedir, həmçinin, yeni-yeni qruplar yaranır, açılır, bağlanır və sair və ilaxır. Burada vətəndaşın iştirakı onun özünün seçimidir. Azərbaycanda bu gün əhalinin 70 faizindən yuxarısı internetdən istifadə edir və onların sayı getdikcə artmaqdadır”.
YAP rəsmisi eyni zamanda bildirib ki, bu gün Azərbaycan gəncliyini internetsiz təsəvvür etmək mümkün deyil:
“İnternet klublar, mobil telefonlarda internet şəbəkəsinə daxil olma imkanları-bütün bunlar var.
Belə olan şəraitdə, internetə hansısa müdaxilə etmək yolverilməz olardı və bizim xeyrimizə işləməzdi. Ona görə hesab edirəm ki, bu azadlığı daha geniş şəkildə tətbiq etmək lazımdır.
Bununla belə, internet vasitəsilə, sosial şəbəkələr vasitəsilə hansısa ölkədə inqilab, çevriliş etmək də mümkün deyil.
Bəzən deyirlər ki, Ərəb ölkələrində guya internet vasitəsi ilə bu cür inqilablar edilib. Xeyr, bunun kökündə internet dayanmır, bunun kökündə həmin ölkələrdəki səhv siyasət dayanır. Əgər Misirdə xalq Hüsnü Mübarək rejiminə qarşı ayağa qalxmışdısa, bu ayağa qalxan insanların 90 faizi internetdən bixəbər adamlar idi.
Deyirlər ki, Misirdə-Qahirədə 2 milyona yaxın insan evsiz-eşiksiz yaşayır. Evsiz olan adamın interneti var?
“Təhrir” meydanına toplaşan adamların bəlkə də əksəriyyəti heç internetdən istifadə etmir. Bu, sadəcə, həmin dövrdə rejimin səhv siyasəti idi. Yəni, mənfi enerji toplaşaraq axırda da bu cür partlayışlara gətirib çıxarmışdı.
Eynilə Liviyada da, Tunisdə də, Yəməndə də və sair. Ona görə sosial şəbəkə-internetlə Azərbaycanda kimsə inqilab edəcək, kimsə nə isə edəcək, tezislərini mən qəbul etmirəm...”
M.Qurbanlının sonra bildirdiyinə görə, sosial şəbəkələrdə çağırışlar ola bilər, amma o çağırışlar üçün sosial zəmin, sosial-iqtisadi, mənəvi-psixoloji narazılıq həddi yoxdursa, yüz dəfə çağırış et, heç bir xeyri yoxdur və olmayacaq:
“Sənlə mən ikimiz kimisə, harasa çağıraq. Əgər insanlarda narazılıq varsa, o zaman narazılığı ifadə etmək üçün heç çağırışa ehtiyac qalmayacaq. O istədiyi vaxt çıxacaq və o narazılığını ifadə edəcək. Əsas odur ki, səbəblər aradan qaldırılmalıdır.
Sosial şəbəkə nəticədir. Səbəblər yoxdursa, nəticə də olmayacaq. Səbəbləri də aradan qaldırmaq üçün geniş, çoxşaxəli islahatlar, sosial-siyasi islahatlar getməlidir və Azərbaycanda da Prezidentin rəhbərliyi ilə bu işlər görülməkdədir.
Yeni iş yerlərinin açılması, quruculuq-abadlıq işləri, eyni zamanda, insanların rifahının yaxşılaşdırılması, bütövlükdə Azərbaycan cəmiyyətinin sağlamlaşdırılması, demokratikləşdirilməsi, məmur özbaşınalığının aradan qaldırılması istiqamətində ölçüyəgəlməz addımlar atılır...”

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar