Fontu böyüt:
Böyük Britaniyanın məşhur “Times” qəzetinin saytına bu gündən giriş pullu olub.
Xeberler.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, yalnız qəzetin kağız versiyasına abunə yazılanlar saytda pulsuz daxil ola biləcəklər.
Qeyd edək ki, “Times” Böyük Britaniyada ilk ictimai-siyasi qəzetdir ki, internet saytına girişi pullu edir.