İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Neft Akademiyasındakı teraktla bağlı xarici KİV-lər nə yazır?

01.05.2009 [15:44]

Fontu böyüt:      

Hadisə baş verdiyi andan etibarən xarici KİV-lər yerli KİV-lərdən fərqli olaraq baş vermiş cinayətə daha operativ mövqe nümayiş etdiriblər.

Məlum olduğu kimi 30.04.09 tarixində Azərbaycan Dövlət Neft Akademiyasında son illərin ən qanlı hadisələrindən biri baş verib.Hadisə baş verdiyi andan etibarən xarici KİV-lər yerli KİV-lərdən fərqli olaraq baş vermiş cinayətə daha operativ mövqe nümayiş etdiriblər.

Azadlıq radiosu(www.azadliq.org) bu qanlı olayla bağlı əcnəbi KİV-lərdə yayımlanan xəbərlərdə əsasən hadisənin hansı təfərrüatlarına diqqət yetirildiyini nəzərə çatdırıb.Həmin təfərrüatlar isə əsasən aşağıdakı kimidir:

Hücum edənlər neçə nəfər olub? Say haqda mübahisəli məlumatlar var. Ancaq «Assoşieyted Press» yazır ki, onun müxbirinin söhbətləşdiyi şahidlər bir adamdan danışıblar.

Şahid ifadələrinə görə, hücum edən alçaq boylu bir şəxs olub. Binanın içində qabağına kim çıxırdısa, başını nişan alırdı, birinci güllədən ölməyəni ikinci dəfə vururdu. Kimi vurduğuna isə fərq qoymurdu. İstər müəllim olsun ya tələbə və yaxud da xidmətçi.

«İnterfaks» yazır ki, həlak olanlar arasında onların əməkdaşı Anar Əzizovun Neft Akademiyasında müəllim işləyən anası da var.

«Assoşieyted Press» Neft Akademiyası haqda da məlumat verir. Vaxtilə Neft və Kimya İnstitutu adlanan bu Akademiyada Rusiyanın ən böyük neft şirkəti «Lukoyl»un prezidenti Vahid Ələkbərov, Anqola prezidenti Jose Eduardo dos Santos, Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev, Stalin dövründə məxfi xidmətlərin rəhbəri Lavrenti Beriya təhsil alıblar.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar