Fontu böyüt:
Sürətli internetdə işləmək hər bir kompüter istifadəçisinin arzusudur. Getdikcə internetin sürəti daha da yüksəlir.
Xarici ölkələr artıq internetin sürətini Gigabitlə ölçürlər. Təbii ki, maksimum 56 kbitlə internetə girən ölkə üçün bu əlçatmaz arzudur.
Yaponiya və Cənubi Koreya sürətli internetdən istifadə edən ən qabaqcıl ölkələrdəndir. İndi də Portuqaliya sürətli internet kanalına qoşulur.
Portuqaliyalı bir internet xidmət təmin edicisi olan Zon Multimedia Sentyabr ayından etibarən istifadəçilərinə 1 Gigabit sürətində internet əlaqəsi təqdim edəcəyini açıqlayıb.
Təbii ki, 1 Gigabitlik əlaqə sürəti Portuqaliyalılar üçün heç də ucuz olmayacaqdır. Bütün çətinliklərinə baxmayaraq texnologiyada sürətli inkişafa nail olmaq isə böyük uğurlara imza atır.