Fontu böyüt:
Rabitə
və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) bu ilin 11 ayı ərzində müəssisə və təşkilatlarda keçirilən texniki baxış
zamanı 440 ədəd İdarədə qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə
(REV) aşkarlayıb.
İdarədən
Xeberler.az-a verilən məlumata görə, göstərilən dövrdə İdarə müəssisə və
təşkilata texniki baxış əsasında 790 akt tərtib edib.
Aşkar edilmiş qeydiyyatdan keçməyən
REV-dən 270 ədədi möhürlənib, 129 ədədi qeydiyyata salınıb və 41 ədədinin
qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
Dövlət qeydiyyatından keçməyən
qeyri-qanuni REV istifadəçilərinə qarşı İXM-in pozulması barədə 323 protokol
yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon
məhkəmələrinə müraciətlər edilib.