21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Tokio Universitetinin mühəndisləri mobil telefonun jest vasitəsilə faktiki toxunmadan idarə olunmasını təmin edən yeni mobil interfeys üzərində işləyirlər. İşikava Komuronun rəhbərliyi altında mühəndislər qrupu tərəfindən “mobil qurğular üçün vizual daxiletmə interfeysi” yaradılıb.
Yeni proqram təminatının tətbiqi nəticəsində istifadəçilər öz telefonlarının idarə olunması üçün barmaq və ya əlləri vasitəsilə bir sıra jestdən istifadə edə biləcəklər. Misal üçün, fəzada hər hansı bir sözü barmaqla vizual yazaraq həmin söz smartfonun ekranında təsvir olunacaq.
Yeni texnologiyanın işləməsi üçün mobil telefon saniyədə 154 kadr qəbul etmə tezlikli xüsusi kamera, eləcə də real vaxtda istifadəçinin əl hərəkətlərini izləyən cihazla təchiz olunmalıdır. Qurğuların bu cür kombinasiyası sayəsində istifadəçi telefonun bu və ya digər imkanları ilə 3D-komandalarla idarə etmək və bəzi jestlərə aid edilə bilən ayrıca hərəkətlər yerinə yetirmək imkanı qazanır.