Fontu böyüt:
Adobe firması Las-Veqasda Flash İnternet Texnologiyasının yeni bir növünü təqdim edib. Adobe Platforma for Digital Home adındakı texnologiya yüksək keyfiyyətlə ev elektronikası cihazlarına da köçürüləcək.
Adobe firmasının proqnozuna görə, bir neçə ay ərzində Flash platformasını dəstəkləyən ilk TV-lər və Blu-ray çalarlar bazara çıxarılacaq.
Bu cihazlar genişzolaqlı internet əlaqəsi ilə yalnız kiçikhəcmli YouTube kliplərini deyil, həm də tam həcmli filmləri də köçürə biləcək. Adobe, ev-kinosu-Flash ikiliyinin internet kompüterlərinin 100-də 98-ində yüklü olan kompüter proqramları ilə eyni dərəcədə məşhur olması üçün çalışır.
Adobe spikeri Aleksandr Hopstein Flash proqramını ekranı olan bütün elektronik cihazlara gətirmək istədiklərini açıqlayıb.