İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Hyundai Genesis” və “Kia Soul” avtomobilləri "Android" əməliyyat sistemi ilə idarə edilə biləcək

27.10.2013 [04:53]

Fontu böyüt:      

Bu ilin sonuna kimi “Hyundai Genesis” və “Kia Soul” modellərində şirkətlərin öz proqramları əvəzinə “Android” əməliyyat sistemi ilə idarə edilən multimedia kompleksləri quraşdırılacaq.

Bu ilin sonuna kimi “Hyundai Genesis” və “Kia Soul” modellərində şirkətlərin öz proqramları əvəzinə “Android” əməliyyat sistemi ilə idarə edilən multimedia kompleksləri quraşdırılacaq. Gələn il konsernin bütün modelləri “Google”dan mobil platforma əsasında infoteymentlər əldə edəcəklər.

“Hyundai Motor Group” konserninə daxil olan “Hyundai” və “Kia” şirkətləri avtoistehsalçılar arasında özlərinə məxsus avtomobil informasiya-əyləncəli sistemlərinin yaradılmasında “Android” əməliyyat sistemini istifadə edən ilk şirkətlər olacaqlar. Əvvəlcə naviqasiya bu ilin sonunadək buraxılacaq, “Android” mühitində “Hyundai Genesis” və “Kia Soul” yenilənmiş modellərində tətbiq ediləcək. Gələn il bu opsiya konsernin bütün yeni avtomobillərində tətbiq ediləcək.

Müasir “Kia” avtomobilləri nitqin tanınması texnologiyasını və smartfon vasitəsilə internetə qoşulma imkanını daxil edən “Uvo” informasiya-əyləncə sistemləri ilə təchiz edilir. “Hyundai”da bu kompleks “Bluelink” adını daşıyır. Bu sistem maşının məsafədən işə salınmasını və mühərrikin SMS vasitəsilə söndürülməsini təmin edə bilər.

“Android” smartfonu ilə idarə edilən naviqasiya sistemlərinə qoşulduqda bəzi funksiyaları eyni platformada salonun daxilində quraşdırılmış displey vasitəsilə idarə etmək olacaq. Ehtimal edilir ki, bort kompleksi “Google” servislərin, o cümlədən, “Google Maps” kartoqrafik servisin və multimedia kontenti yerləşdirilən “Google Play” onlayn portalının dəstəyini alacaq.  Ehtimal edilir ki, “Hyundai” və “Kia” avtomobillərində müəyyən proqramlarla uyğunlaşdırılmış xüsusi “Android” versiyası quraşdırılacaq.

Bir çox elektronika istehsalçıları əməliyyat sistemini öz tələbatlarına uyğunlaşdırırlar və hətta şəxsi əlavələr mağazası ilə təmin edirlər. Misal üçün, belə yanaşmanı “Amazon” şirkəti istifadə edir. “Hyundai” və “Kia” şirkətlərinin buraxacağı “Android”-infoteymentlərində nəqliyyat vasitəsini mobil qurğu vasitəsilə məsafədən idarə etmək imkanı verən tematik funksional əmələ gələcək. Smartfonla avtomobil arasında rabitə “Wi-Fi” texnologiyası və ya simsiz birləşmə vasitəsilə qurulacaq. (ictnews.az)


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar