Fontu böyüt:
24 martdan etibarən yahoo`nun pulsuz elektron poçt xidmətində problem yaranıb. İstifadəçilər öz elektron poçtlarına girə bilmirlər. Bəzən isə gələnlər qutusu görünmür.
Məktubun göndərilməsində də müəyyən çatışmamazlıqlar var. İstifadəçilərin şikayətlərinə açıqlama verən Yahoo rəsmisi, bunun məhdud xarakter daşıdığını və tez bir zamanda aradan götürüləcəyini qey edib.Lakin istifadəçilər problemin hələ də aradan qalxmadığını deyirlər.
Xatırladaq ki, Yahoo`nun elektron poçt xidmətindən 250 milyondan çox istifadəçi yararlanır.