Fontu böyüt:
Çeçenistan prezidenti Ramzan Kadırov insanları internet vasitəsilə yayılan ekstremist təbliğatdan uzaq tutmağın vacibliyini bəyan edib.
R.Kadırov bildirib ki, İslamla bağlı bir çox saytlar insanları radikalizmə təhrik edir. O, həmçinin əlavə edib ki, İslam təsadüfi adamların Quranı təfsir etməsini qadağan edir: “Müvafiq təhsili olmayan belə şəxslərin uydurmaları İslam dininə böyük zərbə vura bilər. Gəncləri ələ almaqla vəhhabiyə çevirən daha təhlükəli saytlar Qərbi Avropada kök salıb. Valideynlər bilməlidirlər ki, uşaqları hansı saytlara giri, bu saytlar onların psixikasına necə təsir edir”.