Fontu böyüt:
Koreyanın ən böyük elektrotexnika istehsalçısı olan “Samsung Electronics” şirkətinin xalis mənfəəti ötən il 65% artaraq 16,15 trln. vona (14,5 mlrd. dollar) təşkil edib.
Artım smartfonların və “Galaxy” markalı planşet personal kompüterlərin satışının artması hesabına baş verib.
Nəticədə şirkətin gəlirləri də 13% artaraq 154,6 trln. vona (138,7 mlrd. dollara) çatıb.
Ötən ilin IV rübündə “Samsung”un xalis mənfəəti 13% artaraq 3,42 trln. von (3,07 mlrd. dollar) təşkil edib. Əməliyyat gəlirləri isə 12% azalaraq 3,01 trln. vona (2,7 mlrd. dollara) enib.