Fontu böyüt:
Sabah saat 12.00-da Mətbuat Şurasında, Şuranın ABŞ-ın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində aparılmış monitorinqin nəticələri ilə bağlı konfrans keçiriləcək.
Şuradan xeberler.az-a verilən məlumata əsasən tədbirdə «Mətbuatda peşə etikası və qanunlarının gözlənilməsi» adlı üç aylıq müqayisəli hesabatın əks olunduğu bülleten təqdim olunacaq.
Qeyd edək ki, bülletendə ölkənin qəzet, jurnal və xəbər portalları da daxil olmaqla ümumilikdə 60-a qədər KİV-ində peşə prinsiplərinə riayət olunması sahəsindəki tendensiyalar, etik normaların pozulması hallarının müxtəlif təzahür formaları yer alıb.
Tədbirdə həmçinin mövzu ətrafında müzakirələr və fikir mübadilələri aparılacaq.