İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Gənclərin İT ideyalarının reallaşdırılması üçün növbəti imkan

14.11.2013 [23:08]

Fontu böyüt:      

İnformasiya-kommunikasiya texnologiyaları, eləcə də digər sahələrlə bağlı gənclərin ideyalarının seçilməsi, onların tətbiq edilməsi, maliyyənin ayrılması və investorlarla əlaqələndirilməsi istiqamətində növbəti kampaniyaya - müsabiqəyə başlanılıb.
İnformasiya-kommunikasiya texnologiyaları, eləcə də digər sahələrlə bağlı gənclərin ideyalarının seçilməsi, onların tətbiq edilməsi, maliyyənin ayrılması və investorlarla əlaqələndirilməsi istiqamətində növbəti kampaniyaya - müsabiqəyə başlanılıb.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən "İdeya qazandı" layihəsi gənclərə öz biznes ideyalarını reallaşdırmağa imkan verən ilk işgüzar telemüsabiqədir. Layihə Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və “Youth İNC” proqramının təşkilati dəstəyi ilə həyata keçirilir.

"İdeya qazandı" televiziya yarışmasında 5 investor gənclərin ideyalarına sərmayə yatırmaq üçün seçim edir və bu ideyalarını həyata keçirtməyə vəsait ayırır. Burada məqsəd istedadlı gənclərə, tələbələrə, xırda sahibkarlığa baş vurmuş gənclərə öz ideya və ya bizneslərini reallaşdırmaq üçün şərait yaratmaq, eyni zamanda investorlara istedadlı gəncləri tanıtdırmaq və yerli televiziyada biznes üslubunda veriliş yayımlamaqla tamaşaçılar arasında potensial gəncləri biznesin qaydaları ilə tanış etməkdir.

Verilişdə 16-35 yaş arası gənclər iştirak edə bilər. İştirak etmək istəyən gənclər yalnız elektron vasitəsilə “ideyaqazandi.az” və “atgdc.org” saytlarından ərizə formasını doldurub iştiraklarını təsdiq edə bilərlər. Ərizələrin son qəbul tarixi 30 noyabrdır. Ərizə forması tam və düzgün doldurulduğu halda gənc verilişə dəvət olunur və investorlara ideyasını təqdim edib qarşılıqsız yatırım alması imkanını qazanır.

Qalib gələn gənclər pul vəsaitindən savayı, onlara dəstək göstərmiş şirkət və ya sahibkar ilə mütəmadi olaraq əlaqə qurub onların geniş təcrübələrindən bəhrələnmək imkanını əldə edəcək. Verilişin televiziyada yayımı 15 yanvar tarixindən sonra keçiriləcək.(ictnews.az)
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar