İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Dövlət qurumları vacib və ictimai əhəmiyyət kəsb edən xidmətləri Elektron hökumətdən “gizlədə” bilməyəcəklər.

18.09.2014 [14:30]

Fontu böyüt:      

Bir neçə gün öncə Prezident İlham Əliyev dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı Fərman imzaladı. Beləliklə bizdə xidmətlərlə bağlı əslində iki Resyestr, elektron formada təqdim olunan xidmətlərin Reyestri və oflayn olaraq ölkədə mövcud olan bütün xidmətlərin Reyestri yaradılmış olacaq.
Bir neçə gün öncə Prezident İlham Əliyev dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı Fərman imzaladı.
Beləliklə bizdə xidmətlərlə bağlı əslində iki Resyestr, elektron formada təqdim olunan xidmətlərin Reyestri və oflayn olaraq ölkədə mövcud olan bütün xidmətlərin Reyestri yaradılmış olacaq.

Fikrimcə yeni qəbul edilən bu sənəd ölkədə elektron hökumət quruculuğu baxımından bəlkə də ən vacib sənədlərdən birisidir.  Burada söhbət elektron xidmətlərdən deyil, məhz offlayn xidmətlərdən, dövlət qurumlarının indiyədək klassik formada təqdim etdiyi  bütün xidmətlərin Reyestrindən gedir. Belə bir təklif Elektron xidmətlrəin təşviqi üzrə İctimai Şura tərəfindən də əvvəllər VSXİ Dövlət Agentliyinə təqdim edilmişdi.

Yəni, bu sənədə görə  hər bir dövlət qurumu özünün vətəndaşlara və hüquqi şəxslərə təqdim etdiyi bütün oflayn xidmətlərini bu Reyestrə daxil etməlidir. Və bu xidmətlərin qanuni əsaslarını da Siyahıya əlavə etməlidir.

Beləliklə ölkə üzrə bütün oflayn dövlət xidmətlərinin vahid bir Siyahısı formalaşacaq.

Güman ki, bunun ardından da belə bir sənəd qəbul olunacaq ki, bu Reyestrdə olmayan xidmətlərin vətəndaşlardan tələb edilməsi dövlət orqanlarına qadağan edilsin. Bəzən olur ki, vətəndaşlardan hansısa əsassız xidmətlər üzrə müxtəlif sənəd kopiyaları, əsassız arayışlar - ödənişlər tələb olunur.
Həmçibnin bu sənəddən görmək olacaq ki, hər bir dövlət qurumu məhz özünün siyahıda olan neçə xidmətini elektron formaya keçirib,  xüsusən də hansı xidmətlərini elektron formaya çevirib.  Bu faktdır ki bəzi dövlət qurumları bir il ərzində heç kimə lazım olmayan xidmətini elektron formaya çevirir, lakin ictimai – kütləvi əhəmiyyət kəsb edən xidmətləri isə elektrona çevirmir.

Eyni zamanda bir deyil, bir  neçə dövlət qurumuna aid olan xidmətləri də bu siyahıda açıq formada görmək olacaq.
Bəzən olur ki, hansısa dövlət qurumu xidməti elektron fromaya keçirmək istəyir. Amma bu həm də digər dövlət qurumu ilə əlaqəli olduğundan və bu qurum da bu xidməti elektrona çevirməkdə maraqlı olmadığından xdiməti tam olaraq elektron formada əldə etmək olmur. Hətta belə də olur ki, hansısa bir dövlət qurumu öz informasiya sisteminə girişlə bağlı   digər bir dövlət qurumuna icazə vermir. Belə olduqda isə bu qurum özünün xidmətini tam olaarq elektron formaya keçirə bilmir.
Güman ki növbəti mərhələdə məhz əlaqəli xidmətlərin elektron formaya keçirilməsi məsələsi də öz həllini tam olaraq tapacaq.

Bir sözlə ölkədə mövcud olan bütün qanuni oflayn xidmətlərin Reyestrinin hazırlanması , xüsusilə də elektron formada hazırlanması olduqca əhəmiyyət kəsb edən bir sənəd olacaq.

Osman Gündüz
18.09.2014

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar