İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Ultra” şirkətinin rəhbəri: “Elektron hökumət alternativ hökumət deyil”

04.05.2011 [17:29]

Fontu böyüt:      

Bu gün elektron hökumət dedikdə, bəzi insanlara elə başa düşürlər ki, bu, mövcud hökumətin alternatividir. Əslində isə elektron hökumət mövcud hökumətin öz xidmətlərini əhaliyə, hüquqi və fiziki şəxslərə, İnformastika Kommunisiya Texnologiylarının (İKT) tətbiqi ilə göstərə biləcəyi bir metoddur”.

“Bu gün elektron hökumət dedikdə, bəzi insanlara elə başa düşürlər ki, bu, mövcud hökumətin alternatividir. Əslində isə elektron hökumət mövcud hökumətin öz xidmətlərini əhaliyə, hüquqi və fiziki şəxslərə, İnformastika Kommunisiya Texnologiylarının (İKT) tətbiqi ilə göstərə biləcəyi bir metoddur”. Bunu ANS-in “Nəzər nöqtəsi” verilişinin qonağı olan, elektron imzanın hazırlanmasında iştirak edən “Ultra” şirkətinin rəhbəri Tahir Mirkişili bildirib.

Onun sözlərinə görə, bu metod zamanı İKT-nin imkanlarından istifadə olunur: “Burada əsas məqsəd hökumətin öz xidmətlərini daha çevik yerinə yetirməsinə yardım etməkdir. Vətəndaş tərəfdən baxanda isə bu idarəetməni daha şəffaf və daha səmərəli qəbul etməkdir. Ümumiyyətlə, elektron hökumətin tətbiqi ilə hökumət öz idarəetmə funksiyalarını vətəndaşla bölüşür. Vətəndaşın özü idarəetmə prosesinə qoşulur. Bu sistemdə məsuliyyət hökumət və vətəndaş arasında bölünməklə idarəetmənin çevikliyi daha da artır”.

Tahir Mirkişilinin sözlənrinə görə, bu sahəni bilmək üçün insanlardan tələb olunan ən mühüm amil onların kompüterdə işləmək bacarığıdır. O qeyd edib ki, ümumiyyətlə bütün dünya ölkələrində hökumət qurumları informasiya verməkdə bir qədər xəsislik edirlər. “Bu idaretmə sisteminin əsas məqsədlərindən biri də vətəndaşla hökumət arasında kompromis əldə etməkdən ibarətdir”, – deyə Mirkişili əlavə edib.

Onun fikrincə, bu sistem həm də çox gəlirli bir sahədir: “Bildiyiniz kimi ölkə başçısı İKT sahəsini ölkəmizdə prioritet sahə elan edib. Hətta rəqəmlərə baxsaq görərik ki, 2010-cu ildə Azərbaycanın İKT-dən əldə etdiyi gəlir 1,5 milyard manata yaxındır. Hər il bu sahədə 25-30 faiz artım müşahidə edilir. Əgər biz bu artımları qoruyub saxlaya bilsək, 2022-ci ildə Azərbaycanın İKT sahəsindən əldə edəcəyi gəlir 22 milyard manata yaxınlaşacaq. Bu da indiki vaxtda neftdən əldə etdiyimiz gəlirlə bərabər həddə gəlib çıxır. Ona görə də hesab edirəm ki, dövlət qurumları İKT-dən istifadə etməkdə kifayət qədər maraqlıdır. Hətta mən deyərdim ki, dövlət qurumları kimi əhalinin bir çox təbəqəsi də İKT-nin imkanlarından istifadə etməkdə həddən artıq maraqlıdırlar. Təbii ki, burada müəyyən qədər təcrübə amili də öz sözünü deyir. Bu gün Azərbaycanda müəyyən elektron xidmətlərin həyata keçirilməsində təcrübə çatışmazlığı var. Qarşımızda duran ən böyük məsələlərdən biri də kadr çatışmazlığıdır. İnformasiyanın əhaliyə necə ötürülməsi, təhlükəsizlik məsələləri, sabitlik və fasiləsizlik məsələsini həll etmək üçün təcrübəli kadrlar çatışmır”.

Tahir Mirkişili bildirib ki, yaxın vaxtlarda elektron imzanın əhaliyə təqdim olunmasına başlanıla bilər: “Hesab edirəm ki, yaxın vaxitlarda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi öz təşkilati və imzavermə prosedurunu tamamilə başa çatdırdıqdan sonra hər bir vətəndaş, hüquqi və fiziki şəxslərin, dövlət qulluqçularının elektron imza almaq imkanı olacaq”.

Tahir Mirkişili qeyd edib ki, elektron imzalı sənədlər əllə imzalanmış sənədlərlə eyni hüquqi qüvvəyə malikdir və bu imzanın hazırda saxtalaşdırılması sıfıra bərabərdir: “2004-cü ildə prezident “Elektron sənəd və elektron imza haqqında” qanun imzalayıb. Qanuna görə, elektron imza ilə imzalanan hər bir sənədin hüquqi qüvvəsi var. Bu, əllə imzalanan sənədlə eyni qüvvəyə malikdir. Bildiyiniz kimi bu gün poçt vasitəsilə göndərilən heç bir informasiyanın hüquqi əsası yoxdur. Bunun qarşısını almaq üçün elektron imza tətbiq olunur. Elektron imzanı saxtalaşdırmaq imkanı sıfıra bərabərdir. Çünki Azərbaycanda qurulan milli sertifikasiya xidmətlərinin təzlükəsizliyi 6-cı səviyyədədir”.

Mirkişilinin fikrincə, elektron imzanın tətbiqi ölkəmizdə elektron ticarətin inkişafına da böyük bir təkan verəcək.

  //ANS Press


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar