İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Televiziya və alternativ media sahəsində fəaliyyət göstərəcək QHT-nin təqdimatı olub

08.09.2009 [20:57]

Fontu böyüt:      

Tədbiri giriş sözü ilə açan birliyin həmtəsisçisi Rəsul Cəfərov bildirib ki, təşkilatın yaradılmasında əsas məqsəd telekanalların və alternativ media vasitələrinin inkişafına yardım göstərməkdir.

Bu gün (08 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Mətbuat Mərkəzində “Televiziya və Alternativ Media İnkişaf Mərkəzi” (TAMİM) İctimai Birliyinin təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan birliyin həmtəsisçisi Rəsul Cəfərov bildirib ki, təşkilatın yaradılmasında əsas məqsəd telekanalların və alternativ media vasitələrinin inkişafına yardım göstərməkdir.

Telekanalların monitorinqi ilə bağlı həyata keçirilən bir sıra layihələrin iştirakçısı olduğunu bildirən R.Cəfərov hazırda telekanallarda Teleradio yayım haqqında Qanunun müddəalarına riayət edilmədiyini, xüsusilə də balanslı, hərtərəfli, dəqiq və ətraflı məlumatların verilmədiyini, siyasi plüralizmin gözlənilmədiyini və öz fikirlərini ifadə etmək üçün hamıya bərabər şəraitin yaradılmadığını qeyd edib. Sadalanan  problemlərin həllinə telekanalların özləri və bu sahədə tənzimləyici qurum olan Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə əməkdaşlıq çərçivəsində nail olmaq istədiklərini deyən R.Cəfərov bu istiqamətdə təkliflərin hazırlanacağını bildirib.

 Alternativ media vasitələrinin, yəni bloqların, youtube, facebook, twitter və bu kimi digər saytların son dövrlərdə Azərbaycanda yayılmağa başladığını bildirən Cəfərov bu vasitələrlə öz fikirlərini bildirən şəxslərin hüquqlarının müdafiə edilməli olduğunu vurğulayıb.  

 Təşkilatın internet saytının yaradılacaq və görüləcək işlər saytda yerləşdiriləcək və eyni zamanda press-reliz vasitəsilə yayılacaq. 

Qeyd edək ki, “Televiziya və Alternativ Media İnkişaf Mərkəzi” (TAMİM) İctimai Birliyi 2009-cu il, avqustun 14-də Rəsul Cəfərov və Əhməd Heybətov tərəfindən təsis edilib. Avqustun 24-də isə təşkilatın sənədləri qeydiyyat üçün Ədliyyə Nazirliyinə göndərilib. RATİ


 


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar