İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

HP Pavilion noutbuku nəhayət Azərbaycanda

08.04.2010 [19:18]

Fontu böyüt:      

HP Pavilion seriyasının buraxılışı Azərbaycanda noutbuk satışını minimum iki dəfə artırmağa imkan verəcək.

2010-cu il Aprelin 8-də HP şirkəti məşhur HP Pavilion noutbukunu Azərbaycan ictimaiyyətinə təqdim edib. HP Pavilion seriyasından olan noutbuklar öz müqayisə olunmaz texniki göstəriciləri ilə və noutbuku dəbdəbəli imic aksesuarına çevirən heyrətamiz dizaynı ilə artıq Avropa və Şimali Amerika istifadəçilərinin könlünü fəth edib. İş və multimedia əyləncələri üçün ideal alət olan və şəxsi əyləncə mərkəzi hesab edilən güclü və çoxfunksional HP Pavilion artıq Azərbaycandadır!

HP şirkətlər qrupunun Vitse-Prezidenti Axim Kuttler bildirib: “Hazırkı məqamda Azerbaycan regionda İT industriyasında liderdir. Biz burda böyük potensialın olduğuna inanırıq və biz yerli bazara bü cür fövqəladə olan HP Pavilion məhsulu daxil etməyimizə çox şadıq”.

Bununla bağlı öz fikirləri ilə bölüşən HP-nin Azərbaycandakı nümayəndəsi Rüfət Hacıəlibəyov qeyd edib: “Azərbaycanda Asiya bazarından pərakəndə idxalçılar tərəfindən gətirilən HP Pavilion noutbuklarına yüksək tələbat olduğunu nəzərə alaraq HP-nin avtorizə edilmiş tərəfdaş şəbəkəsi vasitəsilə rəsmi satışlarının başlanılması haqqında qərar qəbul edildi.  Bundan ilk növbədə bu məhsulun istifadəçiləri yararlanacaqlar. Belə ki, rəsmi dilerlər vasitəsilə satılacaq HP Pavilion noutbukları HP-nin Azərbaycanda avtorizə edilmiş xidmət mərkəzi tərəfindən zəmanət servisi ilə təmin ediləcəklər”.

“HP Pavilion seriyasının buraxılışı Azərbaycanda noutbuk satışını minimum iki dəfə artırmağa imkan verəcək. İlk olaraq biz yalnız iki modeli satışa buraxmaq niyyətindəyik, amma ilin sonuna qədər modellər sırasınınvə təklif edilən məhsullar cərgəsinin genişlənəcəyi gözlənilir”, - deyə Azərbaycanda Fərdi Sistemlər Qrupunun satış və bazar inkişafı üzrə Meneceri Rasim Baxşi qeyd edib.

HP Pavilion dv-6 seriyası qeyri-adi effektli xarici görünüşü ilə seçilir. Kompüterin qapağı HP İmprint texnologiyasının tətbiqi ilə yaradılıb. Bu isə cəsarətli dizayn ideyalarının həyata keçirilməsinə imkan yaratmaqla yanaşı kompüterin üz hissəsini müxtəlif zədələrə qarşı dözümlülüyünü təmin edib. Bu noutbuk hamar konturlarıyla, bütün dekorativ və funksional detallarının düşünülmüş dizaynı və qapaq şəklinin qeyri-adiliyi ilə diqqəti dərhal cəlb edir.

Azərbaycan istifadəçiləri HP Pavilion dv-6 noutbukunun funksiyaları və kommunikasiya imkanları ilə tanış olduqdan sonra  onu layiqincə qiymətləndirəcəklər. Bu seriyadan olan noutbuklar düşünülmüş çıxış sxemləri və oxuyucu qurğuları ilə fərqlənir. Noutbukun VGA və HDML videoçıxışları, dok stansiyaların konnektoru, qiqabit ötürücü xəttinin girişi, kombinə edilmiş ESATA/USB  çıxışları, 3 ədəd USB çıxışı, infraqırmızı portu, qulaqcıqlar üçün iki çıxışı, mikrofon üçün 1 ədəd girişi, “kensinqton” qıfılı, MS/MSpro/SD/MMC/xD formatlarını dəstəkləyən kart oxuyucusu, DVD±RW Super Multi LightScribe optik DVD oxuyucusu, daxildən quraşdırılmış videokamerası və mikrofonu var.

Noutbukun xüsusi slotunda gizlədilən məsafədən idarəetmə pultu vasitəsilə Pavilion dv-6 noutbukunda musiqi dinləmək və videoya baxmaq çox rahatdırş. Azərbaycan bazarında HP Pavilion noutbukları ilk olaraq dv-6 seriyasının iki modeli ilə təmsil ediləcək:

 - HP Pavilion dv-6 2150er modeli Intel®  Core™ i5 prosessoruna və  NVIDIA® GeForce® GT 230M qrafik nəzarət sisteminə malikdir.  Noutbukun 2815 MB qədər ümumi qrafik yaddaşı və 1 QB qədər ayrılmış DDR3 yaddaşı var. Noutbukun sərt diskinin həcmi 500 QB, operativ DDR3 yaddaşı isə 4 QB-dir.

- HP Pavilion dv-6 2145er modeli Intel® Core™ i3 prosessoruna, NVIDIA® GeForce® G 105M video kartına sahibdir. Noutbukun 1790 МB-a qədər  ümumi qrafik yaddaşı və 512 MB ayrılmış DDR3 yaddaşı  və 3QB operativ DDR3 yaddaşı var.

Məlumat üçün bildirək ki, HP şirkəti informasiya texnologiyaları sahəsində dünya lideridir. HP-nin məhsullar və xidmətlər portfelinə printerlər, şəxsi kompüterlər, proqram təminatları, İT xidmətlər daxildir. Bütün bunlar adi istifadəçilərin və şirkətlərin informasiya texnologiyaları ilə bağlı işinin maksimal şəkildə sadə və rahat olmasına kömək edir.  HP şirkəti EDS şirkətinin satın-alınması prosesini 26 avqust 2008-ci ildə yekunlaşdırıb.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar