Fontu böyüt:
İranın Səhər telekanalının Azərbaycanın bəzi bölgələrində maneəsiz yayımlanması davam edir. Gün ərzində 4 saatdan çox Azərbaycan türkcəsində yayımlanan kanalın "Kompas" analitik verilişində Azərbaycan dövləti əleyhinə təbliğat aparılır.
Yanvarın 14-də efirə çıxan "Kompas"da Milli Məclisin üzvü, DAK həmsədri Sabir Rüstəmxanlı haqda təhqiramiz fikirlər səslənib. Onu dırnaqarası şair adlandıraraq DAK-a ayrılan pulları şəxsi məqsədləri üçün xərclədiyi, həmin qurumun təməlinin isə yəhudi təşkilatları tərəfindən qoyulduğunu bildirilib.
Veriliş davam edərkən Azərbaycanın bəzi rayonlarının sakinləri ilə telefon bağlantısı yaradılıb, həmçinin Azərbaycanda telekanalın ünvanına SMS-lər göndərilib.
xeberler.az/Ellada