İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Milli startuplarla bağlı maraqlı tədbirlər gözlənilir

29.05.2013 [14:06]

Fontu böyüt:      

Startup Azərbaycan Təşkilat Komitəsi bildirir ki, 30 may 2013-cü il tarixdə startupların ilkin qiymətləndirilməsi başa çatır və Ekspertlərin yekun rəyləri əsasında Yarımfinalçılar müəyyən olunacaq.
Startup Azərbaycan  Təşkilat Komitəsi bildirir ki,  30 may 2013-cü il tarixdə startupların ilkin qiymətləndirilməsi başa çatır və Ekspertlərin yekun rəyləri əsasında Yarımfinalçılar müəyyən olunacaq.

Startup Azərbaycan Yarımfinalçıları üçün 8 iyun tarixdə xüsusi Təlimlər təşkil olunacaq.  
Təlim prosesində yarımfinalçılar  biznes-planların yazılması, onların İnvestorlar üçün  təqdimatlar hazırlaması, İnvestorlarla görüşlərə hazırlanması, komanda ilə işləmək qaydaları , bazarın dəyərləndirilməsi  sahəsində  bilik və bacarıqlar əldə edəcəklər. Təlimlərin aparılmasında yerli ekspertlərlə bərabər startuplar sahəsində tanınmış beynəlxalq ekspert, Avropanın  Seed Forum Foundation beynəlxalq qurumunun regional meneceri Rando Pärna  da iştirak edəcək.
Təlimlərin yekununda  yarımfinalçılar yenidən biznes-planlar hazırlayaraq Müsabiqəyə təqdim etməlidirlər. Bunların əsasında Ekspertlər tərəfindən yekun qiymətləndirmə aparılacaq və Finalçılar  seçiləcək.
Startup Azərbaycan tədbirlərinin yekununda Finalçıların İnvestorlarla qapalı görüşləri təşkil olunacaq.

Startup Azərbaycan TK həmçinin bildirir ki, 6 iyun tarixdə ölkənin startup sektorunda çalışan maraqlı tərəflərin geniş tərkibli  İşgüzar Görüş də keçiriləcək.
Görüşdə Startup Azərbaycan komandasına daxil olan, ölkənin tananmış İKT nümayəndələri ilə bərabər, əlaqəli dövlət qurumları, RİTN , Vergilər Nazirliyi, İqtisadi İnkişaf nazirliyi və sahibkarlıq sahəsində fəaliyyət göstərən qurumların nümayəndələrinin də iştirakı nəzərdə tutulub.
Bu İşgüzar Görüşdə ölkədə  startupların inkişafı istiqamətində indiyədək atılan addımlar, startup yarışmalarının effektivliyinin artırılması, investisiya mühitinin yaxşılaşdırılması və qarşıda duram  əsas fəaliyyət istiqamətləri üzrə maraqlı tərəflərin iştirakı ilə fikir mübadiləsinin aparılması nəzərdə tutulub.

Startup Azərbaycan TK eyni zamanda bildirir ki, 7 - 9 iyun tarixdə beynəlxalq Startup Weekend şəbəkəsi tərəfindən Startup Azərbaycanın təşkilatçı partnyorluğu ilə 3 günlük Startup Günləri keçiriləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə keçiriləcək bu Günlərin iştirakçıları milli startupların formalaşdırılması sahəsində bilik və bacarıqlar qazanacaqlar.
Startup Azərbaycan Yekun Təqdimat mərasiminin 30 iyun tarixdə keçirilməsi planlaşdırılır.

Startup Azərbaycan Layihəsinə  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dəstək verir.
Startup Azərbaycanın Baş sponsoru Bakcell şirkətidir.  
Microsoft, İnfiPro şirkətləri də StartUp Azərbaycanın sponsorlarıdır.

Geniş məlumat : www.startup.az  

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar