İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Teleradio yayımı üçün lisenziya qiymətləri hazırlanıb

04.03.2011 [21:58]

Fontu böyüt:      

Milli Televiziya və Radio Şurası ümumrespublika televiziya yayımçıları üçün 22 min manat, regional televiziya yayımçıları üçün 3-5 min manat, ümumrespublika radio yayımçıları üçün 10 min manat, regional radio yayımçıları üçün min-2 min manat, abonentlərinin sayı 5000 olan kabel yayımçıları üçün min manat, abonentlərinin sayı 10 mindən yuxarı olan kabel yayımçıları üçün 5 min manat, abonentlərinin sayı 50 mindən yuxarı olan kabel yayımçıları üçün 20 min manat lisenziya dəyərinin müəyyənləşdirilməsini təklif edib.

Milli Televiziya və Radio Şurası ümumrespublika televiziya yayımçıları üçün 22 min manat, regional televiziya yayımçıları üçün 3-5 min manat, ümumrespublika radio yayımçıları üçün 10 min manat, regional radio yayımçıları üçün min-2 min manat, abonentlərinin sayı 5000 olan kabel yayımçıları üçün min manat, abonentlərinin sayı 10 mindən yuxarı olan kabel yayımçıları üçün 5 min manat, abonentlərinin sayı 50 mindən yuxarı olan kabel yayımçıları üçün 20 min manat lisenziya dəyərinin müəyyənləşdirilməsini təklif edib.

Şura sədri Nuşirəvan Məhərrəmli “Media forum” saytına açıqlamasında deyib ki, bununla bağlı baş nazir Artur Rasizadəyə müraciət edib: “Biz lisenziya qiymətlərinin ədalətli olmasını istəyirik. Ona görə də cənab baş nazirə müraciət etdik. Bugünlərdə bizə İqtisadi İnkişaf Nazirliyindən bir sənəd daxil oldu ki, başqa ölkələrin bu məsələyə uyğun təcrübəsini onlara təqdim edək. Biz artıq bəzi araşdırmalarımızı onlara göndərmişik. Hesab edirik ki, televiziya, radio, kabel yayımları təsnifatlaşdırılmalıdır”.

Beynəlxalq təcrübə haqqında danışan Nuşirəvan Məhərrəmlinin sözlərinə görə, ayrı-ayrı ölkələrdə də lisenziyaların dəyərləri təsnifatlaşdırılıb: “Misal üçün, qonşu Ermənistanda ümumrespublika yayımçısı üçün lisenziya dəyəri 54 min dollar, regional yayımçı üçün isə 2-3 min dollar müəyyənləşdirilib. Estoniyada analoq yayımın lisenziya qiyməti 810 min dollardır. Əhalisinin sayı 1,5 milyon olan Xorvatiyada ümumölkə yayımçısı lisenziya üçün 60 min avro ödəyir.

Ümumiyyətlə, beynəlxalq təcrübəni araşdırarkən bəlli oldu ki, lisenziya dəyərinə müxtəlif yanaşmalar var. Misal üçün, əhalinin sayına görə, əraziyə görə, iqtisadi potensiala görə və sairə. Hər bir ölkədə fərqlidir. Amma Azərbaycan lisenziyanın dəyəri ən aşağı olan ölkələrdən biridir”.

Şura sədri qeyd edib ki, indi təklif olunan lisenziya qiymətləri də aşağıdır: “Dövlət rüsumu haqqında” qanuna görə, Azərbaycanda ən yüksək dövlət rüsumu 22 min manatdır. Ona görə də biz təkliflərimizi hazırlayarkən qanunvericiliyə əməl eləməli olduq”.

Nuşirəvan Məhərrəmli hesab edir ki, təklif olunan yeni lisenziya dəyəri ölkədə televiziya, radio və kabel yayımçılarının da ürəyincə olacaq: “Onlar təşəbbüsü düzgün qarşılamalıdırlar. Bunu həyata keçirsək, regional televiziya kanalları və kabel yayımçılarının lisenziya üçün dövlət rüsumu aşağı salınacaq. Bu dəyər əslində çoxdan tənzimlənməli idi. 2004-cü ildən bu prosesə başlamaq istəyirdik. Ancaq Nazirlər Kabinetindən lazımi dəstək gəlmədi”.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar