Fontu böyüt:
Azərbaycan Baş Prokurorluğunun veb-saytının yeni versiyası istifadəyə verilib. Hazırda Baş Prokurorluğun saytına həm www.genprosecutor.gov.az, həm www.prokurorluq.gov.az ünvanından daxil olmaq mümkündür.
Yeni resursun təqdimat mərasimində çıxış edən baş prokurorun müavini Namiq Əsgərov prokurorluq orqanlarında daim informasiya texnologiyaların yaradılması və tətbiqi istiqamətində tədbirlərin görüldüyünü, Baş Prokurorluğun rəsmi veb-saytının isə 2005-ci ildən fəaliyyət göstərdiyini bildirib.
Təqdimat mərasimində qeyd olunub ki, informasiya texnologiyalarının tətbiq səviyyəsi dövlət idarəetməsinin şəffaflığının əsas göstəricilərindən biridir.
Daha rahat naviqasiya ilə seçilən yeni saytda prokurorluq orqanlarının fəaliyyəti haqqında ətraflı məlumat təqdim olunur.