Fontu böyüt:
Hal-hazırda AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda internetin sensor şəbəkələri vasitəsilə təbiətə nüfüz etmnəsi tandeminin öyrənilməsi işləri aparılır.Bu haqda məlumatı xeberler.az-a İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev verib.Rasim müəllimin sözlərinə görə institutut bu yöndə araşdırmalara hələ 2006-cı ilin əvvəllərində start verib.
Rasim müəllim bildirib ki:\\Mikroelektronikanın müasir nəaliyyətləri və naqilsiz rabitə texnologiyalarının tərəqqisi İKT-nin tətbiqinin yeni üfüqlərinin - sensor şəbəkələrinin meydana çıxmasına və inkişafına gətirib çıxarıb.
Sensorlar- müəyyən parametrlərin (tempratur,təzyiq,səs,maqnit sahəsi,radiasiya və s.) dəyişməsini qeydə alan vericilərin həssas elementidir.Əgər sensor şəbəkələrini internet üzərində reallaşdırsaq onda görərik ki,İnternet artıq tək insanlarla deyil,eyni zamanda təbiətlə də təmasda olur.Bu o deməkdir ki,insan artıq Yer kürəsində geniş coğrafi məkanda bütün təbii prosesləri nəzarətə götürmək,monitorinqini aparmaq və ən başlıcası idarə etmək imkanı qazanır.Bir qədər ümumiləşdirmə aparsaq,İnternet artıq təbiəti fəth edir\\
Rasim müəllim həmçinin əlavə etdi ki, gələcəkdə sensor şəbəkələrdən istifadə bir çox təbii fəlakətlərin qismən və ya təmamilə qarşısını ala bilər.
xeberler.az/Ellada