İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İcraçı direktor “Azərfon”un “Azərcell”ə olan borc məsələsinə münasibət bildirib

23.07.2009 [20:22]

Fontu böyüt:      

Borc məsələsinə gəldikdə, G. Helbix deyib ki, yeni arabağlantı tariflərinin təsdiq edilməsinə baxmayaraq, “Azərcell” şirkəti yeni tarifləri qəbul etmir, hesablamaları bildiyi tariflərlə aparır.

Azərbaycanın üçüncü mobil rabitə operatoru olan “Azerfon” şirkətinin baş ofisində şirkətin baş direktoru Gido Helbix bu gün mətbuat konfransı keçirib.

G. Helbix “Azerfon”un “Vodafone” kimi yüksək səviyyəli dünya miqyaslı şirkətlə iyulun 22-də strateji tərəfdaşlıq müqaviləsini Azərbaycan və Böyük Britaniya dövlətləri arasında yaxınlaşma fonunda imzaladığını deyib. Onun sözlərinə görə, “Vodafone” şirkətinin hazırda dünya üzrə 303 milyon abunəçisi, 5 qitənin 31 ölkəsində səhmdar kapitalı, dünyada 40-dan çox tərəfdaş bazarı var.

“Bu müqavilənin imzalanması ilə “Azərfon” abunəçiləri artıq lokal şəbəkədən qlobal mobil rabitə şəbəkəsinə çıxmış olur. Belə ki, artıq şirkətin müştərilərinə genişləndirilmiş rouminq, yüksəksürətli və keyfiyyətli genişzolaqlı xidmətlərdən istifadə etmək imkanı təqdim edilir. “Vodafone” şirkətinin Azərbaycanda məhz “Azərfon”la əməkdaşlıq etməsi şirkətimizin önəmini bir qədər də artırır, ölkəyə xarici sərmayələrin axınına səbəb olur”, - deyə G. Helbix vurğulayıb.

O, “Azərcell” şirkətinin məhz müqavilənin imzalanma ərəfəsində “Azərfon”a qarşı “qara piar” a əl atmasının təkcə abunəçilərin mənafeyinə deyil, bütövlükdə Azərbaycanda İKT sahəsinin inkişaf tempinin azalmasına və ölkənin nüfuzuna zərər vurduğunu qeyd edib.

“Azərfon”un 2008-ci ilin əvvəlindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və digər mobil rabitə operatorları ilə arabağlantı tariflərinin dünya təcrübəsinə uyğun olaraq inhisarçılığın qarşısını almaq məqsədilə bazarda bir neçə il fəaliyyət göstərən operatorlar tərəfindən azaldılması üzrə tədbirlərin görülməsi istiqamətində danışıqlar apardığını qeyd edən G. Helbix “Azərcell”in bu günə kimi bu tarifləri qəbul etməyən, bununla da, qanunvericiliyə qarşı çıxan yeganə şirkət olduğunu söyləyib: “Biz artıq qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etmişik və məhkəmənin qərarına əsasən, arabağlantı kanallarının bağlanmasına qadağa qoyulub”.

Borc məsələsinə gəldikdə, G. Helbix deyib ki, yeni arabağlantı tariflərinin təsdiq edilməsinə baxmayaraq, “Azərcell” şirkəti yeni tarifləri qəbul etmir, hesablamaları bildiyi tariflərlə aparır.

“Azərcell” şirkətinin Korporativ əlaqələr və sosial məsuliyyət şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə isə APA-ya açıqlamasında iyulun 22-də baş tutmuş məhkəmə prosesinin “Azərfon”un “Azərcell”ə olan borcu ilə əlaqədar keçirilmədiyini bildirib: “Bu məhkəmə 2008-ci ilin sentyabr ayında “Azərcell” şirkəti tərəfindən “Azərfon”un 14 arabağlantı kanalının bağlaması ilə bağlı idi ki, bu da “Azərcell”in öz şəbəkəsində texniki işlər aparması nəticəsində yaranmışdı. Borcla bağlı arabağlantı kanallarının bağlanması ilə əlaqədar “Azərcell”in bəyanatına gəldikdə, biz abunəçilərin mənafeyini nəzərə alaraq heç bir tədbir görmədik”.

Ü. Həsənzadənin sözlərinə görə, problemin aradan qaldırılması üçün hazırda şirkətlər arasında danışıqlar aparılır.

Xatırladaq ki, iyulun 21-də “Azercell”in yaydığı açıqlamada qeyd olunurdu ki, “Azerfon” MMC-nin (NarMobile) hər iki operatorun abunəçilərinin bir-biri ilə mobil rabitə əlaqəsi saxlaya bilməsi üçün arabağlantı müqaviləsi üzrə 1 il ərzində borcunu ödəməməsi “Azercell”-in fəaliyyətinə ciddi zərər vurur.

Artıq bu borc 11 milyon manata çatıb və dəfələrlə edilən rəsmi müraciətlərə baxmayaraq, bu borcun ödənilməsi istiqamətində “Azerfon” MMC tərəfindən heç bir addım atılmayıb. Xəbərdarlıq olunurdu ki, buna görə də şəbəkələr arasındakı mövcud arabağlantı kanalları 22 iyul saat 00:00-dan etibarən kəsiləcək və borc ödənənə qədər “Azerfon” və “Azercell” abunəçiləri bir-birlərinə zəng edə bilməyəcəklər.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar