Fontu böyüt:
Microsoft Store - Microsoft bu simvol ilə mağazalarını bəzəyəcək. Microsoft, ABŞ Patent və Marka Nazirliyindən yeni bir loqonun qeydə alınması üçün müraciət edib.
Bu loqodan Microsoftun açılması planlaşdırılan yeni mağazalarında istifadə edilməsi gözlənilir. Firma uzun müddətdir ki, Apple-nin mağazalarına bənzəyən bir satış mərkəzi açmaq niyyətindədir.
Bu mərkəzlərdə müştərilər Microsoft proqramlarını test edə və Windows yüklənilən kompüterləri ala biləcəklər. Müəyyən problemlərlə bağlı isə müraciət də etmək şansları olacaq. Microsoftun ilk mağazalarını harada açacağı isə hələ ki məlum deyil.