Fontu böyüt:
Səbayel Rayon Məhkəməsində Araz Hüseynovun sədrliyi ilə bloggerlər Adnan Hacızadə və Emin Millinin işi üzrə məhkəmə prosesi 4 sentyabr saat 15:00-a təyin edilib. Bu barədə «Turan»a Adnan Hacızadənin vəkili İsaxan Aşurov bildirib.
Vəkilin sözlərinə görə, avqustun 27-də Apelyasiya Məhkəməsində gənc fəalların DİN-ə və prokurorluğa qarşı iddiasını rədd etmiş Səbayel Rayon Məhkəməsinin qərarından şikayətinə baxılacaq. İddia DİN və prokurorluğun Hacızadə və Milli barəsində yaydığı rəsmi məlumatda təqsirsizlik prezumpsiyasının pozulması ilə əlaqədar verilmişdi.