İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

O.Gündüz qrant müsabiqəsi ilə bağlı etirazlara cavab verdi.

11.07.2014 [12:53]

Fontu böyüt:      

«Təqdim olunan layihələrdə Fondun prioritetlərinə uyğun layihələr azlıq təşkil edirdi...»
«Təqdim olunan layihələrdə Fondun prioritetlərinə uyğun layihələr azlıq təşkil edirdi...»
Məlumat verdiyimiz kimi dünən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun 1-ci qrant müsabiqəsinin nəticələrini açıqlayıb.
Lakin nəticələr elan olunduqdan bir müddət sonra sosial şəbəkələrdə, hətta qalib gəlmiş layihələrin müəllifləri belə etirazlarını bildiriblər. Onlar layihələrə ayrılan qrant məbləğlərinin xeyli azaldıldığının haqsızlıq olduğunu qeyd ediblər.
Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun Prezidenti, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının üzvü Osman Gündüz münasibət bildirib. Həmin açıqlamanı olduğu kimi diqqətinizə çatdırırıq:
«Qalibləri bir daha təbrik edirik. Qalib gəlməyən və ya məbləğdən narazı qalanlara səbrli olmağı tövsiyə edirəm.
Nəzərə almaq lazımdır ki, bu 1-ci Qrant müsabiqəsidir.
Eyni zamanda təqdim olunan Layihələrin ekspertizası və Müşahidə Şurasında aparılan müzakirələr göstərdi ki xeyli sayda Layihələrdə əsas problem məhz layihənin tələb olunan büdcəsinin məntiqli və reallığa yuğunluğu, iqtisadi hesablamalarla bağlı ciddi çatışmazlıqlar var.
Eyni zamanda bu dəfə təqdim olunan layihələrdə Fondun prioritet istiqamətlərinə uyğun olan və maraqlı, cəlbedici və innovativ layihələr də bir qədər azlıq təşkil edirdi.
Bütün bunları nəzərə alaraq Müşahidə Şurasının toplantısında indiki mərhələ üçün maksimal məbləğ məhz 20K olaraq müəyyən olunub. Əlbəttə bununla bağlı- maksimal məbləğlə bağlı Şurada da müxtəlif fikrilər və təkliflər olub.
Fond gələcək Müsabiqələrdə daha böyük məbləğə idda edən layihələrin Müşahidə Şurasında offlayn müzakirəsini də nəzərdə tutub.
Məlumat üçün bildiriəm ki Müşahidə Şurasında 59 Layihənin hər birisi üzrə tam demokratik qaydada ayrıca müzakirə və ayrıca səsvermə keçirilib».

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar