İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Qoldenpey” İPO addımının səbəbini açıqladı

28.03.2014 [14:45]

Fontu böyüt:      

“Qoldenpey” şirkəti “Hesab.az” portalını Vahid Onlayn Xidmətlər portalına çevirir.
“Qoldenpey” şirkəti “Hesab.az” portalını Vahid Onlayn Xidmətlər portalına çevirir.
Bunu “Marja”ya “Qoldenpey” ASC-nin İdarə Heyətinin sədri Fərid İsmayılzadə bildirib. O deyib ki, “Qoldenpey”in səhmlərinin İlkin Kütləvi Təklifinə (İPO) hazırlaşması bunun ilə bağlıdır:
 “Hesab.az” elektron ödəniş portalı olmaqla bərabər, sığorta şəhadətnamələrinin, kinoteatrlara biletlərin, aviabiletlərin satışı, “ebay” tipli alqı-satqı plaforması və s. xidmətləri də göstərəcəkdir. Biz istəyirik ki, portalda hazırda qeydiyyatdan keçmiş 110 minə yaxın istifadəçi digər xidmətlərdən də istifadə edərək haqqını nağdsız qaydada bizim sistem vasitəsilə ödəyərək onları əldə etmiş olsunlar”.
Fərid İsmayılzadə  əlavə edib ki, artıq bir çox modulların hazırlanmasına  başalanılıb: “IPO-dan gələcək pulla bu prosesi daha da sürətləndirmək, normalda 2-3 ilə görəcəyimiz işi 1-1,5 ilə bitirmək istəyirik. Hal-hazırda 110 minə yaxın istifadəçimiz var. Bu istifadəçilərimiz elektron vərdişlərə yiyələnmişlər. Hesab edirik ki, onlara yeni onlayn xidmətlərin verilməsinin vaxtı çatmışdır. Bu biznes modelini Azərbaycanda uğurla tətbiq etdikdən sonra digər ölkələrə də cıxmağı  planlaşdırırıq”.
Fərid İsmayılzadə qeyd edib ki, portalda “ebay” tipli platformada əşyaların alqı-satqısı “elektron pul kisəsi” vasitəsilə reallaşdırıla bilinəcəkdir. Məsələn, işlənmiş televizoru alanın “elektron pul kisəsi”ndən vəsait televizoru satanın kisəsinə köçürüləcəkdir.
Şirkətin sədri söyləyib ki, “Qoldenpey” gəlirlərinin böyük hissəsini birbaşa elektron ödəniş sistemi üzrə deyil, digər xidmətlərin göstərilməsindən təmin etməyi hədəfləyir. Bu səbəbdən şirkətin rəqiblərinin onlayn bazara daxil olması onlarda narahatlıq doğurmur: “Bizim 3 il əvvəl fikirləşdiyimizi rəqiblər indi həyata keçirmək istəyir. Biz artıq, kommunal, rabitə, İnternet və s xidmətlərə görə həyata keçirilən nağdsız ödənişlərdən gəlir əldə etməyi ikinci plana keçirməyə niyyət edirik, diqqəti daha çox digər xidmətlərə yönəldəcəyik, bununla da portalımızın liderliyini davam etdirmək niyyətindəyik”.
Qeyd edək ki, “Goldenpey” şirkətinin hər birinin dəyəri 1 manat olan 571 min ədəd səhimi hal-hazırda Qiymətli Kağızlar Komitəsində qeydiyyata alınma prosesindədir. İlkin Kütləvi Təklif zamanı isə səhmlərin təxminən 10-15%-nin birja vasitəsilə təklif edilməsi nəzərdə tutulur. Hal-hazırda şirkətin KPMG audit şirkəti tərəfindən dəyərləndirilməsi prosesi yekunlaşmaq üzrədir. “Qoldenpey” şirkəti İlkin Kütləvi Təklif zamanı təxminən 1-1.5 million AZN məbləğində vəsait toplamaq niyyətindədir.(Marja.az)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar