Fontu böyüt:
Microsoft-un Office 2010 paketi səbirsizliklə gözlənilməkdədir. Amma deyəsən bu paket heç də istifadəçiləri razı salmayacaq.
Bunun səbəbi, Microsoftun bəzi brauzerlərə məhdudiyyət qoyması olacaq. Rəsmi olaraq istifadəyə başladığında Office-nin veb tətbiqləri Chrome və Opera-nı dəstəkləməyəcək.
Microsoftun mövzuyla əlaqədar nəşr etdiyi rəsmi blog yazısında Office veb tətbiqlərini işlətmək üçün dəstəklənilən brauzerlər arasında İnternet Explorer 7 və 8, Firefox 3,5 və Safari 4 var. Chrome və Opera isə yoxdur.