İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Ünvan Reyestrinin İnformasiya Sistemi yaradılıb

01.03.2012 [12:57]

Fontu böyüt:      

Əmlak Məsələləri Dövlət Komitəsində Ünvan Reyestrinin İnformasiya Sisteminin yaradılması ilə bağlı təqdimat keçirilib. Məqsəd layihənin həyata keçirilməsində maraqlı tərəflər, o cümlədən dövlət qurumları, bələdiyyələr, təşkilatlar və vətəndaşlar arasında layihə barədə ictimai məlumatlandırmanı təmin etməkdir.
 Əmlak Məsələləri Dövlət Komitəsində Ünvan Reyestrinin İnformasiya Sisteminin yaradılması ilə bağlı təqdimat keçirilib. Məqsəd layihənin həyata keçirilməsində maraqlı tərəflər, o cümlədən dövlət qurumları, bələdiyyələr, təşkilatlar və vətəndaşlar arasında layihə barədə ictimai məlumatlandırmanı təmin etməkdir.
Tədbirdə Ünvan Reyestrinin mahiyyəti, Dünya Bankının Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsindəki müvafiq fəaliyyətlərin koordinasiyası, elektron xidmətlərin göstərilməsində digər dövlət informasiya sistemləri və məlumat bazaları ilə informasiya mübadiləsi məsələləri müzakirə edilib.
Layihənin əsas məqsədi ölkədə ünvan məlumatlarının vahid və dürüst bazasının yaradılması, ünvan məlumatlarının toplanması və mütəmadi yenilənməsinin təmin edilməsi, bu sistemdən digər əlaqədar dövlət qurumlarının, bələdiyyələrin və vətəndaşların istifadəsinə şəraitin yaradılmasıdır.
Təqdimatda tenderin qalibi olmuş Ünvan Reyestrinin İnformasiya Sisteminin Təchizatçısı olan Koreya Respublikasının "SK C & C" Co.LTD şirkətinin nümayəndələri, Norveç və Danimarka mütəxəssisləri, Sumqayıt daşınmaz əmlakın Kadastrı layihəsi üzrə podratçı Türkiyə şirkətinin, daşınmaz əmlakın qeydiyyatı və kadastrı sistemini hazırlayacaq NETCAD və Saybernet şirkətinin ekspertləri iştirak ediblər.
Tədbirdə koreyalı və digər xarici ekspertlər layihə çərçivəsində həyata keçiriləcək işlər, ünvan reyestrinin yaradılması və aparılmasında Avropa standartları və təcrübəsi, Azərbaycanda ünvan məlumatlarının mövcud vəziyyəti ilə bağlı təqdimatlar ediblər.
Ünvan Reyestrinin İnformasiya Sisteminin beynəlxalq standartlara və qabaqcıl Avropa təcrübəsinə uyğun layihələndirilməsi məqsədi ilə Avropa Birliyinin EURADIN layihəsi və INSPIRE tövsiyələrindən istifadə edilir.
Ünvan Reyestrinin İnformasiya Sistemi komitənin İnformasiya Texnologiyaları Mərkəzi vasitəsilə idarə olunacaq. Bütün istifadəçilərin ünvan məlumatı üçün nəzərdə tutulan mərkəzi serverdən istifadə imkanı yaranacaq. Bu imkan dövlət informasiya-kommunikasiya xətləri və ya internet xidmətləri vasitəsilə reallaşacaq. Ünvan reyestrində daşınmaz əmlakın ünvanının rekvizitləri, yaşayış məntəqələri və nəqliyyat infrastrukturu obyektlərinin adları, bu adların yaranması, verilməsi və dəyişdirilməsinin əsasları və tarixləri, daşınmaz əmlakın növü, onun mülkiyyətçisi haqqında məlumatlar sistemləşdirilmiş şəkildə toplanacaq. Bu məlumatlar həm mətn, həm də ünvan-xəritə materialları şəklində saxlanılacaq.
Bu sistem Azərbaycanda mövcud olan digər məlumat bazaları, axtarış-informasiya sistemləri, reyestrlər, o cümlədən əhalinin, hüquqi şəxslərin, daşınmaz əmlakın reyestrləri ilə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərəcək.
Ümumiyyətlə, Azərbaycanda Ünvan Reyestrinin yaradılmasına 2010-cu ilin sentyabrından başlanıb. Azərbaycan Hökuməti ilə Norveç Hökuməti arasında ünvan reyestrinin yaradılması məqsədi ilə Qrant Sazişi imzalanıb. Bu Qrant Sazişinə əsasən, 1,5 il ərzində Azərbaycanda Ünvan Reyestri İnformasiya Sisteminin yaradılması nəzərdə tutulur. 
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar