Fontu böyüt:
İstifadəçilər üçün pulsuz olacaq
“Google TV” televiziya servisi ilin sonuna kimi ABŞ-da istifadəyə veriləcək.
Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu “Google” korporasiyasının rəhbəri Erik Şmidt bəyan edib.
Servisin dünya üzrə istifadəyə verilməsi 2011-ci il üçün nəzərdə tutulub. “Google TV” istifadəçilər üçün pulsuz olacaq. “Google” bu servislə bağlı aparıcı elektronika və kontent istehsalçıları ilə də əməkdaşlıq edir. “Google” teleservisinin ilk tərəfdaşları kimi Yaponiyanın “Sony” və İsveçrənin “Logistech” şirkətlərinin çıxış edirlər. “Samsung” da yeni servisin dəstəklənməsində maraqlı olduğunu bildirib.
2010-cu ilin may ayında təqdim edilmiş “Google TV” platformasının istifadəçilərə televizor vasitəsilə internet-videoya baxmaq, eləcə də Şəbəkədə işləmək imkanı verəməsi planlaşdırılır. Bəzi televizor modellərinin birbaşa yeni servisi dəstəkləyəcəyi gözlənilir. Digər modellər üçün xüsusi qurğu əldə etmək lazım olacaq.