İnformasiya təhlükəsizliyinin təmini məhsulları üzrə ixtisaslaşmış McAfee şirkəti istfadəçiləri parol və loqinlərdən xilas edəcək xüsusi proqram təminatının hazırlanması haqda məlumat verib.
İnformasiya təhlükəsizliyinin
təmini məhsulları üzrə ixtisaslaşmış McAfee şirkəti istfadəçiləri parol və
loqinlərdən xilas edəcək xüsusi proqram təminatının hazırlanması haqda məlumat
verib.
"ICTnews"
elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, Intel şirkətinin
“PC Client Group” bölməsinin direktoru və baş vitse-prezidenti Kirk Skauqen
deyib ki, cari ilin sonunadək McAfee-nin biometrik autntifikasiya
sistemindən istifadəyə əsaslanan proqram həllinin buraxılışı planlaşdırılır.
"Biometrik məlumatlar ilk növbədə sizi Windows sisteminə daxilolma zamanı
parol daxil etmək ehtiyacından xilas edəcək və nəticədə bu imkan bütün veb
saytlarda tətbiq ediləcək" – Kirk Skauqen deyib.
Hazırlanan məhsul haqda hələ ki daha ətraflı informasiya yoxdur. Amma parol
müdafiəsi məlumatların təhlükəsizliyinin təmini üçün ən rahat və effektiv üsul
deyil. Məhz biometrik autentifikasiya sistemi fərdi kompüter və planşetlərdən
istifadə zamanı əsas narahatlıqlardan birinin aradan qaldırılmasında kömək edə
bilər.